“Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika gördük" - Prezidentin köməkçisi
09:37 15.08.2020
Siyasət
720
“Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan “Hardtalk” verilişinə müsahibəsini ayrıca şərh etmək istəməzdim. Amma burada ilk olaraq tamaşaçı nöqteyi-nəzərindən ədalətli jurnalistikanı, haqlı sualları gördük”.
Bunu APA -ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyevin fikrincə, qərb jurnalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var: “Düzgün suallara yanlış və təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq. Müsahibədə çox düzgün və haqlı suallar var idi ki, Ermənistan Azərbaycana qarşı təcavüz törətməsi, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi suallar bu qəbildəndir. Konkret olaraq bunun ya “hə”, ya da “yox” cavabı olduğu konkret olaraq deyildi. Ermənistan Respublikasının dövlət səviyyəsində məsuliyyəti var ki, Azərbaycan xalqına qarşı bu kimi cinayətləri törədib. Müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik vəziyyətə salması və digər hallar barəsində də əlavə şərhlər vermək istəməzdim. Biz həmin şəxsin bu epizodlarının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debata çıxması zamanı da şahidi olmuşduq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat