
Paşinyanın cinayətkarları müdafiə etməsinin 3 əsas səbəbi var - ŞƏRH
Yusif Nəzərli
06:20 29.01.2025
Siyasət
388
İstintaqdan əvvəl Qarabağ separatçıları İrəvandakı hökumətə qarşı təhlükə yaradırdılar
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda məhkəməsi gedən ermənilər haqqında çıxış edərkən onlara qadağan edilmiş psixoaktiv maddələrin verdiyini iddia edib. Erməni baş nazir bildirib ki, bununla bağlı onların əlində kəşfiyyat məlumatları var. Halbuki Paşinyan bugünədək həmin şəxslər haqqında heç vaxt müdafiə xarakterli çıxış etməyib. Hətta Ermənistanda hakimiyyətə yaxın media qurumları onların fəaliyyətini zaman-zaman tənqid ediblər.

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Paşinyanın indi onları müdafiə etməsinin 3 əsas səbəbi var. Ekspertin sözlərinə görə, məqsəd ilk növbədə erməni cəmiyyətinin tənqidindən sığortalanmaqdır: "Ermənistan baş naziri xalqına göstərmək istəyir ki, erməni həmrəyliyinə sadiqdir və o da bu şəxsləri müdafiə edir. İkinci səbəb isə artıq onların Paşinyan üçün təhlükə törətməməsidir. İstintaqdan əvvəl Qarabağ separatçıları İrəvandakı hökumətə qarşı təhlükə yaradırdılar. İstintaq dövründən sonra onların erməni cəmiyyətindəki nüfuzu zəiflədi. Eyni zamanda Paşinyan Samvel Şahmaranyan, Vitali Balasanyan və digər separatçıları liderin gücünü müxtəlif administrativ üsullarla zəiflədə bilib. Paşinyan yaxşı bilir ki, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri İrəvana gəlsələr də, onlar artıq erməni siyasətində heç bir uğur qazana bilməyəcəklər. Üçüncü bir məsələ isə Araik Arutyunyanın verdiyi açıqlama oldu. Keçmiş separatçı lider açıq şəkildə bildirdi ki, Azərbaycan şəhərlərinin vurulması əmrini o verməyib və onun belə bir gücü olmayıb".
Z.Əmralıyevin fikrincə, Arutyunyan ad çəkməsə də, əmrin Paşinyan tərəfindən verildiyinə işarə vurub:
"Bu isə erməni baş naziri olduqca çətin vəziyyətə sala bilər. O, beynəlxalq aləmdə müharibə cinayəti törətmiş şəxs kimi mühakimə edilə bilər. Eyni zamanda bu, Paşinyanın yaratdığı saxta "sülhpərvər Ermənistan" imicinə də ciddi şəkildə zərbə vura bilər. Buna görə də Paşinyan rəsmi Bakını əsassız şəkildə ittiham etməyə çalışır. Erməni cəmiyyətinə separatçıların verdiyi açıqlamaların guya əsasının olmadığı müxtəlif yalanlarla isbat etməyə cəhd göstərir. Bakıda mühakimə edilən şəxslər dəfələrlə öz ailələri ilə telefonla əlaqə saxlayıblar. Ailələri də onların psixoloji vəziyyətlərinin normal olduğunu təsdiq edib. Elə bu səbəblərə görə, Paşinyanın bu yalanlarına dünya ictimaiyyəti inanmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə
Pezeşkian mühafizəkar xəttə məcbur edilir - ŞƏRH
16:58 19.01.2026
Siyasət
Özbəkistan Prezidenti Donald Trampın təklini qəbul etdi
16:51 19.01.2026
Dünya