Paşinyanın “erməni soyqırımı” ilə bağlı fikirləri Zaxarovanı təəccübləndirib
Yusif Nəzərli
15:51 06.02.2025
Siyasət
392
“44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə Nikol Paşinyan nə demək istəyib, bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Mənə onun nə demək istədiyini söyləmək çətindir. Mən bilmirəm. O ki, qaldı “erməni soyqırımı” məsələsinə, düzünü deyim ki, mən heç vaxt gözləmirdim ki, Ermənistanda bu məsələyə dövlət və xalqın tarixi cəhətdən formalaşan tam konsensuslu mövqeyi kimi deyil, başqa cür yanaşacaqlar. Mən heç düşünmürdüm ki, illər ərzində formalaşan bu konsolidə olunmuş mövqe Ermənistan cəmiyyəti daxilində hansısa dəyişikliklərə məruz qalacaq. Görürsünüz ki, biz son vaxtlar hansı bəyanatları eşidirik. Mən Davosda səslənən bəyanatı nəzərdə tuturam. Lakin yenə də deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz, Dövlət Dumasının müvafiq bəyanatı formalaşıb”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Paşinyanın “erməni soyqırımı” ilə bağlı İsveçrədə səsləndiridyi bəyanatı, onun sitatlarını təkrarən yoxladığını söyləyib: “Bu məsələ ilə bağlı bizim mövqeyimiz formalaşıb və dəyişikliyə uğramayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol