“Paşinyanın qalması bizim üçün də pis ssenari deyil” - AKTUAL
Turan
12:59 22.11.2020
Siyasət
809
"Ermənistan müharibədə məğlub olub və məğlubiyyətə görə məsuliyyəti baş nazir Nikol Paşinyan daşıyır. O özü də bunu etiraf edib”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, buna baxmayaraq, Paşinyanı istefaya göndərmək mümkün deyil:
“Onun istefasının 3 yolu var. Birinci yol Paşinyanın özünün istefa verməsidir, ancaq o bu addımı atmayacağını bəyan edib. İkinci yol parlamentin Paşinyanı istefaya göndərməsidir. Ancaq bu da alınmır, çünki qanunverici orqana nəzarət edən hakim partiya liderlərinin istefasının əleyhinədir. Üçüncü yol Paşinyanı mitinqlər və küçə yürüşləri vasitəsilə istefaya məcbur etməkdir, lakin bu da mümkünsüzdür, çünki mitinq və küçə yürüşlərinə çıxanların sayı getdikcə azalır. Bəzi hesablamalara görə, kapitulyasiyadan sonra Paşinyanın reytinqi azalsa da, əhalinin ən azı 30 faizi hələ də onu dəstəkləyir. 30 faiz Ermənistan üçün kiçik rəqəm deyil. Məlumdur ki, Paşinyan ona 6 ay vaxt verilməsini xahiş edib. Yəni guya o 6 ayda ölkəni sabitləşdirəcək. Aydındır ki, Paşinyan vaxt udmağa çalışır. Ermənistan kimi kasıb dövləti 6 ayda normallaşdırmaq – iqtisadiyyatı düzəltmək, xeyli canlı itki verən, hərbi texnikasının böyük hissəsində məhrum olan ordunu əvvəlki vəziyyətinə qaytarmaq fiziki və maliyyə baxımdan mümkün deyil. Paşinyan sadəcə 6 ay ərzində Qarabağ itkisini Ermənistan cəmiyyətinə unutdurmağa çalışacaq”.
Analitikin sözlərinə görə, əslində Ermənistan cəmiyyətini bir hissəsi açıq dilə gətirib etiraf etməsə də, Qarabağ yükündən qurtulmadan daxilən razıdır:
“Ermənistan Dağlıq Qarabağa büdcədən pul ayırırdı, övladlarını təhlükəli bölgəyə göndərirdilər, üstəlik erməni qarabağlıların yekəxanalığı Ermənistandakıların narazılığına səbəb olurdu. Ona görə də bu cür düşünən ermənilər Paşinyandan imtina etmək istəmirlər. Düzünə qalsa ağır kapitulyasiyadan sonra müxalifət də hakimiyyətə gəlmək istəmir. Mitinq və küçə yürüşləri isə gözə kül üfürməkdir. Onlar qışqırıb bağırsalar da, özləri də Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Çünki hakimiyyətə gəlib kapitulyasiya şərtlərini yerinə yetirməli olacaqlar. Bu arada, Ermənistanda Qarabağ klanının da nüfuzu qalmayıb. Onların nüfuzu birinci Qarabağ müharibəsinin qələbəsə üzərində formalaşmışdı. İndi nə keçmiş qələbə var, nə də həmin nüfuz. Ona görə də erməni cəmiyyəti hələ bir müddət Paşinyanla yola davam etmək istəyir. Bu bizim üçün də pis ssenari deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol