
Paşinyanın sülh açıqlamaları ictimai rəyə hesablanıb -POLİTOLOQ
Yusif Nəzərli
02:00 06.12.2024
Siyasət
492
İrəvan hökumətinin başçısı üçün ölkə ictimaiyyətinin rəyi hava-su kimi lazımdır
“Paşinyanı dəstəkləyən Qərb ictimai rəy üçün milyonlar xərcləyir və erməni ictimai rəyində anti-Rusiya ovqatını körükləyir. Bu, ciddi siyasi mübarizədir, informasiya savaşıdır”
"İrəvana Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, istənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün əksinə, regionda sabitlik lazımdır". Paşinyan qeyd edib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür. Baş nazir Bakı ilə sülh sazişi layihəsinin bəndlərinin 90 faizini razılaşdırdıqlarını da söyləyib. O, sülh müqaviləsinin imzalanması işlərinin sürətləndiriləcəyinə ümidini ifadə edib. Xatırladaq ki, Paşinyan bir neçə gün öncə müxalifətin Qarabağla bağlı ünvanladığı ittihamlara da cavab vermiş, "Dağlıq Qarabağ respublikası" adlı "dövlətin" olmadığını bir daha təkrarlamışdı. Növbəti dəfə siyasi qüvvələrə və ictimaiyyətə çağırış etmişdi ki, bu kimi məsələləri kənara qoyub, ölkənin maraqları naminə fəaliyyət göstərmək lazımdır.
Paşinyanın açıqlamalarını təhlil edən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyana qarşı daim irəli sürülən ittihamlardan biri Qarabağla, müharibə ilə bağlıdır və bunu baş nazirin xəyanəti ilə əlaqələndirirlər. Ekspert bənzər ittihamların hələ uzun müddət davam edəcəyini düşünür:

"Nikol Paşinyanın məğlub olduğu müharibəni başladan ifadə məhz "Qarabağ Ermənistandır" sözü idi. Revanşist qüvvələr Paşinyanın əleyhinə istifadə etmək üçün bu məsələni ara-sıra dövriyyəyə buraxırlar. Paşinyanın mütəmadi çıxışları, ittihamlara cavab verməsi ona qarşı ittihamları zamanla əritmək məqsədi güdür. Əks halda həm özünü təmizə çıxara bilməz, həm də ictimai rəyin lehinə dəyişə bilməz. O baxımdan Paşinyanın açıqlamaları həm də birbaşa ictimai rəyə hesablanıb. İrəvan hökumətinin başçısı üçün ölkə ictimaiyyətinin rəyi hava-su kimi lazımdır. Paşinyan anlayır ki, 2026-cı il parlament seçkilərində ictimai rəy əsas rol oynayacaq. Ona görə də Ermənistan ictimai rəy uğrunda ciddi mübarizə gedir".
Analitik vurğulayıb ki, bir tərəfdə revanşist müxalif qüvvələr və onların xidmət etdiyi Rusiya, digər yanda isə Nikol Paşinyan hökuməti və onları dəstəkləyən Qərb dünyası var:
"Paşinyanı dəstəkləyən Qərb ictimai rəy üçün milyonlar xərcləyir və erməni ictimai rəyində anti-Rusiya ovqatını körükləyir. Bu, ciddi siyasi mübarizədir, informasiya savaşıdır. O ki qaldı sülh sazişi mətninin böyük faizinin razılaşdırılması məsələsinə, Paşinyan bənzər ifadələri dəfələrlə səsləndirib. Sülh sazişinə mane olan məqamlar və Bakının tələbləri ortadadır".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya