Paşinyanla danışıqlar artıq mümkün deyil
Turan
12:12 07.11.2020
Siyasət
668
Döyüş əməliyyatlarının davam etməsi də siyasi həll variantlarının olmadığını göstərir
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində jurnalistin “Siz hazırda Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur” sualına tutarlı və məntiqli cavab verib. Dövlət başçısı bildirib ki, indiki məqamda Paşinyanla görüşün heç bir mənası yoxdur. Ölkə rəhbəri vurğulayıb ki, son iki il ərzində erməni baş nazirlə çoxsaylı görüşlər baş tutsa da, hamısı tamamilə səmərəsiz və mənasız olub: “O mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq.
Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq”. Dövlət başçısı bildirib ki, bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında söylədikləri idi.
Lakin bir ildən sonra Paşinyan tamamilə fərqli sözlər deməyə başladı: “Dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur, “Qarabağ Ermənistandır”, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi.
Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır”.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ermənistan siyasi rəhbərliyi ilə mümkün danışıqlar prosesinin keçirilməməsi baş nazir Nikol Paşinyanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə əsaslanır. Analitikin sözlərinə görə, hərbi əməliyyatların intensiv şəkildə davam etdiyi dövrdə istənilən görüş və danışıq Ermənistanın maraqlarına uyğundur:
“Məhz bu kontekstdə Prezident İlham Əliyev Pasinyanla görüşə ehtiyac olmadığını və belə danışıqların mənasız olduğunu qeyd etdi. Əgər, danışıqlar baş tutarsa, Paşinyanın əvvəlki mövqeyini davam etdirəcəyi istisna deyil. Hazırda Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsində siyasi həll variantı mümkün deyil. Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan Qarabağın Azərbaycanın tərkibində olmayacağını vurğulamaqla Yerevanla hər hansı diplomatik danışıqları mümkünsüz edir”.
Ekspert bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanı atəşkəsə çağırır, halbuki, vasitəçilər ilk növbədə işğalçı ölkəyə səslənməli, erməni ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasına çalışmalıdır:
“Humanitar atəşkəslə bağlı Moskva və Vaşinqtonda keçirilən görüş Azərbaycana təzyiq vasitəsi idi. Minsk qrupunun həmsədrləri Qarabağa növbəti dəfə “aralıq status” təklifini irəli sürməklə, tərəfləri bir araya gətirməyi planlayır. Baza prinsiplərindən fərqli həll variantının masaya gətirilməsi gözlənilir. Məqsəd Azərbaycan qoşunlarını Şuşa, Hadrut və Xocavənddən çıxarmaqdır. Azərbaycan hazırda qələbəyə çox yaxındır. Şuşanın götürülməsi və Laçın yolunun bağlanması ilə Azərbaycanın Ermənistan üzərində qələbəsi yekunlaşacaq”.
Siyasi icmalçının fikrincə, Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədlərində provakasiyaya əl atması mümkündür:
“Azərbaycan və Ermənistan arasında yalnız dövlət sərhədində atəşkəs rejiminin bərpa edilməsi üzrə danışıqlar keçirilə bilər. Məhz bu aspektdə rəsmi Bakı danışıqlara getməlidir.
Türkiyənin regionda olması və burada yeni siyasi nizamın formalaşması, Qarabağda ermənilərə "muxtariyyət" və "aralıq statusunun" verilməsini istisna edir. Döyüş əməliyyatlarının davam etməsi də siyasi həll variantlarının olmadığını göstərir.
Bundan sonra Rusiya tərəfindən Ermənistana havadan müdafiə, artilleriya və raket sistemlərinin verilməsi dayandırılacaq. Bu silahlar Ermənistana məhz Qarabağ məsələsində hərbi balansı saxlamaq üçün verilirdi. Artıq Ermənistan yalnız pul müqabilində bu cür silahları əldə edə bilər.
Qarabağ müharibəsi Rusiya-Ermənistan hərbi müttəfiqliyinə zərbə vurdu. Həm də düşmən ölkənin gələcəkdə müasir silahlanmasının üstündən xətt çəkdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya