Petrosyanın etirafı Paşinyanın Ermənistanda təkzib edilməsi deməkdir - ŞƏRH
Yusif Nəzərli
20:10 05.01.2025
Siyasət
708
"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı dedikləri deportasiya faktının onun həyata keçirilməsinə rəhbərlik edən şəxs tərəfindən etiraf edilməsidir".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edir ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. Və əlavə edir ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi.
“Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”, - o etiraf edir:
Bu etiraf hər şeydən öncə Ermənistanın mövcud hakimiyyətini çətin vəziyyətə qoyur. Rəsmi İrəvan iki məsələdə israrlı mövqe sərgiləyir:
- Sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə demarasiya edilməsi;
- Deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışının qarşısını almaq;
Hər iki məsələ Qərbi Azərbaycan coğrafiyası ilə bağlıdır. İrəvan anlayır ki, sərhəd demarkasiya edilmədiyi müddətdə Ermənistanın hazırki əraziləri üzərində legitimlik problem olaraq qalacaq. Üstəlik azərbaycanlıların qayıdış hüququ SSRİ dövründə ermənilərə “bağışlanmış” əraziləri daim aktual olaraq saxlayır".
A. Nərimanlıya görə İrəvanda hesab edirlər ki, azərbaycanlılar geri qayıdarsa, bu ərazilərin, xüsusilə Zəngəzur-Göyçə bölgəsinin Azərbaycana birləşdirilməsi, ən azı Ermənistandan ayrılması baş verə bilər:
"Rəsmi Bakının, eləcə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası yoxdur, hərçənd, ermənilərin qorxuları yaşadıqları ərazilərin onlara məxsus olmadığı reallığını anlamasından qaynaqlanır. Buna görə Paşinyan rəsmi Bakının ən yüksək səviyyədə irəli sürdüyü azərbaycanlıların öz evinə qayıdışı tələbindən müxtəlif bəhanələrlə imtina etməyə çalışır: bunu gah “ərazi iddiası” adlandırır, gah azərbaycanlıların deportasiya edilmədiyini deyir;
Ter-Petrosyanın yayılan etirafı Paşinyan hakimiyyətinin iddialarının Ermənistanda təkzib edilməsi deməkdir və danışıqlarda İrəvanın mövqelərini ciddi şəkildə zəiflədir.
Ter-Petrosyanın etirafı azərbaycanlı qaçqınların Cenevrə Konvensiyasına əsasən qayıdış hüququnun təmin edilməsində rəsmi Bakı tərəfindən əsaslı arqumentlərdən biri kimi istifadə edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya