
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Yusif Nəzərli
11:43 05.01.2025
Siyasət
574
"Albert İsakovun bu ifşa videosu ilə biz nəinki L.Ter-Petrosyanın özünü, hətta bütün keçmiş və indiki Ermənistan rəhbərlərini də sözün gerçək mənasında divara dirəyə, Ermənistan dövlətindən hesab sora bilərik"
"Albert İsakov heç bir başqa resursdan istifadə etmədən, sadəcə, özünün Yutub-kanalı vasitəsilə ermənilərin ən öndə gələn simalarını ifşa etməyə davam edir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Bəybala Mirzəyev deyib.

Ekspert bildirib ki, sıra Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyana da gəlib çatdı:
"Özünü bütün dünyaya "sülh mələyi" kimi, “super demokrat” kimi sırıyan bu intellektual yırtıcının, irqçi türkəfobun 1993-cü il iyulun 23-də (Ağdamın işğal günü) erməni millətçiləri və “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında prezident qismində çıxışı zamanı etdiyi etiraflar gerçəkdən qan dondurur. Ter-Petrosyan bu çıxışı “azərbaycanlılarsız Ermənistan" və "azərbaycanlılarsız Qarabağ” planının Ermənistanın dövlət siyasətinin ana xəttini təşkil etdiyini təsdiqləyir. Tribunadan üzünü zaldakı terrorçulara tutaraq, “qardaşlarım” deyə xitab edən Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur aslandırır və Ermənistanın yalnız bundan sonra həqiqi müstəqillik qazandığını bildirir. O, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini təsdiqləyir və bildirir ki, həmin “hərəkata başlamasaydıq, ümumiyyətlə, Qarabağ məsələsi olmayacaqdı”. Ermənistanın eks-prezidenti həmin çıxışında Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlını xatırladaraq, Qərbi azərbaycanlıların Ermənistandakı mövcudluğunu Ermənistanın gələcəyi üçün potensial təhlükə mənbəyi kimi qiymətləndirir. Ter-Petrosyan həmin dövrdə əldə etdikləri ikinci uğur qismində Azərbaycandan ermənilərin köçürülməsini göstərir: “Əgər onlar Azərbaycanda qalsaydı, Bakının əlində Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Birdəki, 300 min erməni Ermənistana gəlməklə demoqrafik problem də həll olundu, əhalimizin sayı artdı”".
Analitik qeyd edib ki, bu iblis siyasətçi üçüncü uğur qismində isə “siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini və hərbi baxımdan ideal iş gördüklərini” qeyd edir:
"Bu da dolayısı yolla Xocalı soyqırımının törədilməsi və rayonlarımızın işğalının təsdiqi deməkdir. Beləliklə, Ter-Petrosyan Ermənistanda azərbaycanlıların çoxluq təşkil etməsinin Ermənistan üçün təhdid olduğunu, həmçinin Zəngəzurda və Qarabağda aparılan etnik təmizləmədə silahlı birliklərin rolunu açıq şəkildə etiraf edir. Albert İsakovun bu ifşa videosu ilə biz nəinki L.Ter-Petrosyanın özünü, hətta bütün keçmiş və indiki Ermənistan rəhbərlərini də sözün gerçək mənasında divara dirəyə, Ermənistan dövlətindən hesab sora bilərik. Bu ifşa tam da zamanında gerçəkləşdi".
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə