
Pezeşkian Bakıda süni dostluq, qardaşlıq bəyanatları verəcək - ŞƏRH
10:08 22.04.2025
Siyasət
453
O, geri qayıdan kimi də İran rəsmiləri tərəfindən anti-Azərbaycan çağırışlar davam edəcək
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mayın ilk həftəsində planlaşdırılır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib: “Bu səfər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm səfərdir və iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mövcud olan məsələlərin gündəmə gəlməsi və müzakirələr aparılması üçün bir fürsətdir”, - o qeyd edib.
Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın təşviqi baxımından bu səfər əhəmiyyətlidir. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri, İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər, iki ölkə arasında son illərdə yaranmış gərginliklərin aradan qaldırılması və strateji əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Hazırkı regional və beynəlxalq vəziyyət fonunda Pezeşkianın Bakıya mümkün səfəri hansı geosiyasi mesajlar verə bilər?".

Səfərlə bağlı “Sherg.az”a danışan politoloq Abutalıb Səmədov deyib ki, İran Prezidentinin Bakıya səfəri zamanı dostluq və qardaşlıq mesajları veriləcək:
“Xatırlayırsınızsa, İlham Əliyev və keçmiş İran Prezidenti Seyid İbrahim Rəisi də Azərbaycan-İran dövlət sərhədində görüşündə demişdi ki, İranla Azərbaycan arasındakı münasibətlər təkcə qonşuluq bağlılığı deyil, arada qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Eyni zamanda “Azərbaycanla İranın arasına heç kəs girə bilməz” kimi bəyanatlar vermişdi və bu, bizim tərəfimizdən xoş qarşılanmışdı.
Lakin indi Ermənistanla birgə hərbi təlim keçirən İran prezidentinin Azərbaycana səfəri zamanı dostluq, qardaşlıq bəyanatları bir o qədər də səmimi qarşılanmayacaq.
Unutmayaq ki, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır və dövlət başçısının verdiyi açıqlamalar ən mötəbər açıqlama kimi dəyərləndirilir. İran Prezidentinin səlahiyyətləri isə məhduddur. Onun səsləndirdiyi bəyanatlar əksər hallarda reallaşmır. İranda son söz ali rəhbərə məxsusdur.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı heç bir fəaliyyətə icazə verilməyəcək. Bunun qarşılığında İran anti-Azərbaycan bəyanatlar verməyə davam edir. Pezeşkianın səfəri hər nə qədər müsbət əhvali-ruhiyyədə keçsə belə, o, geri qayıdan kimi İran rəsmiləri tərəfindən anti-Azərbaycan çağırışlar davam edəcək. Xüsusilə İsrailin Azərbaycanda kəşfiyyat mərkəzinin olması kimi reallıqdan uzaq bəyanatlar veriləcək”.
Zəngəzur dəhlizinin əsas müzakirə predmetlərindən biri olacağını vurğulayan politoloqa görə, İranın bu məsələdə mövqeyinin dəyişəcəyi gözlənilən deyil:
“Bu mövzuda İranın rəsmi mövqeyi İran-İslam keşikçiləri korpusundan bildirilib və qəti şəkildə bəyan edilib ki, Zəngəzur dəhlizi Ermənistanın nəzarəti altında açılmalıdır. Şimal-Cənub nəqliyyat dəhlizi, Astara dəmiryolunun nəhayət istifadəyə verilməsi barədə razılaşmalar əldə olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region