Pezeşkian: Tehran ABŞ-lə yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək
Yusif Nəzərli
14:24 05.04.2025
Siyasət
323
İran Prezidenti Məsud Pezeşkian ABŞ Administrasiyasının danışıqlara çağırışları ilə İrana qarşı təhdidlərini ziddiyyət kimi qiymətləndirib və bunu tənqid edib.
APA “Tasnim”ə istinadən xəbər verir ki, o, Tehranın yalnız bərabərhüquqlu danışıqlara razılıq verəcəyini bildirib.
İranın xarici siyasətində digər dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan Pezeşkian amerikalı həmkarı Donald Trampın İranla danışıqlarla bağlı çağırışına cavab olaraq, ölkəsinin bərabər şərtlər əsasında dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb.
O, ABŞ-nin İranı təhdid etmək, eyni zamanda danışıqlara çağırmaq kimi ziddiyyətli siyasətini rədd etdiyini söyləyib.
"Bu gün ABŞ təkcə İrana qarşı deyil, bütün dünyaya qarşı bu cür alçaldıcı davranır. Bu isə danışıqların ruhuna ziddir", - deyə İran Prezidenti əlavə edib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl danışıqlara başlamaq üçün İrana məktub ünvanlayıb.
Pezeşkian buna cavabında ABŞ-lə birbaşa danışıqları istisna etsə də, Tehranın dolayı danışıqları məqsədəuyğun variant kimi nəzərdən keçirdiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat