
Pezeşkian ümid verir, Xamenei divar çəkir -ŞƏRH
Yusif Nəzərli
11:09 02.08.2025
Siyasət
497
Əli Oruclu: “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir”
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə dair açıqlama verib. İran rəhbəri qeyd edib ki, Azərbaycan onlara doğmadır: "Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim, amma İsrail bunu bacarır. Biz əlaqə qura bilmirik". Pezeşkian bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilindəki tənqidlərə sərt reaksiya verib: "Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir".
Siyasi şərhçi Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, İranın yeni Prezidenti Məsud Pezeşkian daha realist və konstruktiv siyasət yürüdür. Anlayır ki, Tehran-Azırbaycan xəttində gərginlik zərərlidir və bunun davam etməsi İranı Cənubi Qafqaz regionundan uzaqlaşdırır. Ekspertin sözlərinə görə, Pezeşkian İranı böhrandan və beynəlxalq sanksiyalardan xilas etməyə çalışır:

"Onun praqmatik yanaşmaları, xüsusən də Azərbaycan və Türkiyə ilə əlaqələri möhkəmləndirmək cəhdləri, əslində, həm də öz dövləti üçün faydalıdır. Bakıda səfəri zamanı etdiyi jestlər Azərbaycan cəmiyyətində rəğbətlə qarşılandı və bu, iki dövlət arasında münasibətlərin normallaşmasına ümidlər yaratdı. Ancaq təəssüflər olsun ki, İran Konstitusiyasında ölkənin xarici və daxili siyasətini Ali Dini Lider müəyyənləşdirir və hüquqi mexanizmlər də onun əlindədir. Onun mövqeyi ali dini rəhbər Ə.Xameneinin mövqeyi ilə ziddiyyət təşkil edir və ikincilərin fars şovinizmi və dini bölücülük kursundan çıxa bilmir, yaxud da çıxmaq istəmir. Mühafizəkarların mövqeyi isə hakimiyyət qollarında möhkəmdir. Cəmiyyəti qorxu və yalan üzərində saxlaya bilir. Diqqət yetirsək, məntiqi sual yaranır, nədən dini, tarixi, mədəniyyəti və etnik bağlılıqları olan İran Azərbaycanla dil tapa bilmir, dostluq, qonşuluq edə bilmir? Bu sual özü-özlüyündə İran teokratik rejiminin əsil mahiyyətini açır".
Ə.Oruclu vurğulayıb ki, molla rejimi qonşusu Azərbaycanı müstəqil dövlət kimi qəbul edə və müstəqil siyasətini, güclənməsini həzm edə bilmir:
"İran Türkiyənin artan beynəlxalq nüfuzundan qıcıqlanır. Dini liderin baxışları radikal, ekstremist və konfrantasiyaya meyilli olduğundan Azərbaycanla da eyni davranır. Bu isə təbii olaraq iki ölkə arasında zaman-zaman gərginliklərə, hətta əlaqələrin qopmasınadək gətirib çıxarır. Təl-Əviv Tehrandan fərqli olaraq qarşılıqlı mənafelərə əsaslanan strateji müttəfiqliyin önəmini dərk etdiyindən anlaşmalarda çətinliklər yaranmır. Məncə, Pezeşkianın ağıllı və realist siyasəti dövlətin ali siyasətinə çevrilirsə, müsbətə doğru çox şeylər dəyişə bilər. Ancaq İranda prezidentin səlahiyyətlərinin az olması və cəmiyyətdə davamlı basqıları qalması hələlik nikbin proqnozlar verməyi çətinləşdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur