Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik"
12:45 28.05.2020
Siyasət
795
"Azərbaycan 30 ildir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlayır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
"Bu gün Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mütləq şəkildə icra olunmalıdır. Lakin bu qətnamələr icra olunmur. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə sadiqik. Lakin sülh danışıqları sonsuzadək davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız, regionda olan qonşularımız və hər şeydən öncə Ermənistanın öz rəhbərliyi nəzərə almalıdır", - deyə diplomat vurğulayıb.
Polad Bülbüloğlu ötən il Azərbaycan Prezidenti İlham Əliyevin "Vladay" klubunun plenar iclasındakı çıxışını xatırladıb: " Azərbaycan Prezidenti İlham Əliyev İordaniya kralı, Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə Vladimir Putinin dəvəti ilə Valday beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Orada Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə Ermənistan-Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini bir daha çatdırdı, bu münaqişənin beynəlxalq hüquq çərçivəsində yeganə həllini vurğuladı. Ona görə də, biz digər tərəfdaşlarımızdan, dünyanın digər ölkələrindən və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən dəstək gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya