
Politoloq: Azərbaycan GUAM-ı canlandırır
Yusif Nəzərli
06:55 24.07.2025
Siyasət
363
Kiyev, Bakı və Tbilisinin bir araya gəlməsi Kremli narahat edəcək
Qara dəniz və Cənubi Qafqaz regionlarında baş verən geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Moskvanın post-sovet məkanındakı aqressiv siyasəti GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatının fəaliyyətini yenidən gündəmə gətirib. Bu təşkilat 1990-cı illərin sonlarında məhz Rusiyanın təzyiqlərinə qarşı alternativ regional əməkdaşlıq modeli kimi formalaşsa da, son illər fəaliyyətində durğunluq müşahidə olunurdu. Lakin hazırda formalaşan yeni reallıqlar, bölgədə təhlükəsizlik və iqtisadi maraqların qorunması üçün GUAM formatının fəallaşdırılmasını zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Ukraynanın ərazi bütövlüyünə verdiyi qətiyyətli dəstək və region dövlətləri arasında artan diplomatik təmaslar bu istiqamətdə yeni imkanların yarandığını göstərir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Sherg.az-a açıqlamasında qeyd edib ki, həm Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü daha gur səslə dəstəkləməsi, ukraynalı jurnalistin sualına “işğalla barışmayın” cavabı, həm də xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri və Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə ikitərəfli və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafı mövzularını müzakirə etməsi xeyli müddətdir arxa planda olan GUAM təşkilatının fəallaşmasını diktə edir:

“1990-cı illərin sonunda təsis edilən təşkilat son illər çox passivləşib. Təşkilatın baş katibliyi Kiyevdə yerləşsə də, il ərzində inteqrasiyanı gücləndirəcək toplantılar keçirilmir. GUAM-ın 2006-cı il tarixində Kiyevdə keçirilən zirvə toplantısı zamanı təşkilatın adı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat” kimi dəyişdirilib. Kiyevdəki həmin toplantıda azad iqtisadi zona barədə saziş də imzalanmışdı. 20 ildə bölgədə baş verən müxtəlif hadisələr, hakimiyyət dəyişiklikləri, xarici və təhlükəsizlik siyasətlərində fərqli çalarlar GUAM çərçivəsində qəbul edilən qərarların reallaşmasına mane oldu, inteqrasiya sürətlənmədi. Ancaq bölgədəki son hadisələr fonunda GUAM-ın yenidən fəallığını artırmasının aktuallığı artıb. Rusiya GUAM üzvlərindən Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Azərbaycan və Moldova ilə münasibətlərini xeyli gərginləşdirib, bircə Gürcüstan hökuməti ilə münasibətlərində ciddi problemi yoxdur, ancaq bu ölkənin ictimaiyyətinin də Kremlin siyasətinə münasibəti mənfidir. Yəni vaxtilə GUAM-ın yaranmasına səbəb olan amil (Rusiyanın qonşularına qarşı təzyiq siyasəti) üstündən uzun illər keçsə də, yerində qalıb və daha da ağırlaşıb”.
E.Şahinoğlunun fikrincə, rəsmi Bakı GUAM zirvə toplantısının Azərbaycan paytaxtında keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər:
“Bu, Kremlə də ciddi mesaj olar ki, Azərbaycan və Ukrayna tək deyillər. Belə bir sammit Kiyevlə Tbilisi arasındakı münasibətlərdə anlaşmazlıqların ortadan qaldırılmasına da xidmət edər. Bununla rəsmi Bakı iki tərəfdaşının münasibətlərinin normallaşmasında vasitəçi ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya