
Politoloq: Ermənistan Bakı vaxtı ilə ayaqlaşmağa məcburdur
Yusif Nəzərli
02:00 23.04.2025
Siyasət
439
Erməni ağlı zamanın və proseslərin sürətindən geri qalır, bu isə sülh prosesini ləngidir
Hərbi müstəvidə kapitulyasiya vəziyyətinə uğrayan Ermənistan hazırda diplomatik-siyasi müstəvidə də Azərbaycanın diktəsi ilə hərəkət etməkdədir. Son günlər İrəvan hökuməti təklif etdiyimiz "yol xəritəsi" istiqamətində addımlar atır. Minsk qrupunun buraxılmasına dair tələbimizlə hesablaşmağa başlayan Paşinyan hökuməti ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyalarına da dəyişiklik tələbini ictimailəşdirmək istiqamətində kövrək addımlar atmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı parlamentdə səsləndirdiyi fikirlər bu dəfə populizmdən yox, ciddi planlardan xəbər verir. Ölkənin əvvəlki Konstitusiya referendumlarının xalqın iradəsini əks etdirmədiyini bildirən Paşinyan artıq bu istiqamətdə qəti addımlar atmaq qərarına gəlib.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Bakının prinsipial mövqeyi və israrlı tələbləri artıq öz müsbət nəticəsini verir. Siyasi şərhçinin fikrincə, nəhayət, rəsmi İrəvan öz gündəmini Bakı vaxtı ilə təyin etmək kursunu seçib:

"Ermənistanın əvvəlki referendumları və Konstitusiya mətni erməni xalqının iradəsini əks etdirməməklə yanaşı, Cənubi Qafqazdakı reallıqlarla birbaşa ziddiyyət təşkil edir. Erməni ultramillətçilərinin və irqçi daşnakların tərtib etdiyi hazırkı Ermənistan Konstitusiyasının əsas qayəsini qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları təşkil edir. Bu isə bölgədə daimi hərbi-siyasi gərginliyin qalmasına rəvac verir. Həm də Ermənistanın özünün mövcudluğu üçün birbaşa təhlükə yaradır. Kilsənin və erməni millətçilərinin 40 ilə yaxındır gündəmdə saxlamağa çalışdıqları “böyük Ermənistan” və "miatsum" kimi zəhərli, zərərli ideologiyalara əsaslanan hazırkı konstitusiya Ermənistanın öz qonşuları ilə normal münasibətlər qurmasına mane olur. Nikol Paşinyan bu acı həqiqəti gec də olsa anlamağa başlayıb. Başa düşür ki, millətçilərin iradəsini əks etdirən "tarixi Ermənistan" konsepsiyası “real Ermənistan” qurmağa əngəldir. Beləliklə, Ermənistanın mövcudluğu, erməni dövlətçiliyi "dalan"a dirənir. Bu "dalan"ın çözümü isə Ermənistan konstitusiyasının dəyişdirilməsindən keçir".
Analitik vurğulayıb ki, rəsmi Bakı uzun müddətdir ki, yekun sülhə nail olmaq üçün Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini israrla gündəmə gətirir:
"Təəssüflər olsun ki, Ermənistan tərəfi bunun zəruriliyini hələ indi anlamağa başlayıb. Lakin eybi yox, heç anlamamaqdansa, gec də olsa anlamaqları yaxşıdır. Erməni ağlı zamanın və proseslərin sürətindən geri qalır. Bu isə sülh prosesini ləngidir. Ancaq Ermənistan tərəfi Bakı vaxtı ilə ayaqlaşmağa məcburdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə