
Politoloq: Paşinyan sülh üçün addım atmağa məcburdur
Yusif Nəzərli
04:13 21.08.2025
Siyasət
258
Cənubi Qafqazda son aylarda baş verən siyasi proseslər Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Mövcud reallıqların fərqində olan Ermənistan Baş naziri Nikol Paşinyan vurğulayıb ki, ABŞ-də imzalanan sənədlərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olacağına əmindir. Baş nazir xalqa müraciətində deyib ki, qisas və düşmənçiliyin rədd edilməli olduğu tamamilə yeni reallıqlar yaşanır. Paşinyan ABŞ-də imzalanmış sənədləri dönüş nöqtəsi adlandırıb: "Bundan sonra biz tamamilə başqa Cənubi Qafqazda yaşayırıq". Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb. Onun sözlərinə görə, bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər: "Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı". Ermənistan rəhbəri vurğulayır ki, yeni reallıqlar yalnız diplomatik sənədlərlə məhdudlaşmır, həm də praktiki addımlarla möhkəmləndirilməlidir: "Bu baxımdan sərhədlərin demarkasiyası və dövlətlərarası münasibətlərin hüquqi əsaslarla qurulması prosesinin başlaması region üçün mühüm əhəmiyyət daşıyır". Paşinyanın fikirləri onun həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanladığı siyasi mesaj kimi qiymətləndirilir.
Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın açıqlamaları göstərir ki, İrəvan hökuməti mövcud siyasi reallıqların fərqindədir. Analitik vurğulayıb ki, baş nazir bütün həqiqətləri olduğu kimi erməni xalqına çatdırmağa çalışır:

"Paşinyanın öz siyasətini davam etdirməsi üçün erməni ictimaiyyətinin dəstəyini qazanması şərtdir. Amma iş orasındadır ki, təzadlı yolda Paşinyan özü də çoxlu səhvlər buraxıb. Ermənistan baş naziri sülh gündəliyini əzəldən dəstəkləsəydi, bu istiqamətdə qəti addımlar atsaydı, indiki kimi çıxılmaz və çətin şəraitə düşməzdi. Erməni cəmiyyətində spektik yanaşmalar var. Müəyyən kəsim hələ də inanmaq istəmir ki, sülh onlara pozitiv nələrsə gətirəcək. Belə halda Paşinyan erməniləri inandırmağa məcburdur. Baş nazir İkinci Qarabağ müharibəsindən sonra baş verənləri düzgün dəyərləndirməyə çalışır və xalqın ona inanmasını, dəstək çıxmasını istəyir. Paşinyan erməniləri əmin edir ki, sülhdən sonra qonşularla münasibətlər qurulacaq və daha təhlükəsiz və rifah içində yaşayacaqlar. Əlbəttə, hər şey konkret addımlardan asılıdır. Bəyanatları çox eşitmişik, ancaq real addımları müşahidə etməmişik".
İ.Vəlizadə vurğulayıb ki, önümüzdəki qısa zamanda sülh gündəliyinə uyğun çoxsaylı və operativ işlər görülməlidir:
"Ələlxüsus, "Tramp yolu" adlanan Zəngəzur dəhlizinin açılması istiqamətində işlər görülməli, proses yubadılmamalıdır. Paşinyanın özünü necə aparacağını zaman göstərəcək. Lakin baş nazirin açıqlamaları göstərir ki, baş nazir ABŞ ilə anlaşmanın bir dönüş nöqtəsi olduğunu anlayır. Artıq geriyə yol yoxdur. Ümid edirik ki, Paşinyan hökuməti reallıqları olduğu kimi qəbul edərək sülh gündəliyinin reallaşmasına dair konkret addımlar atmaqdan çəkinməyəcək. Hökumətin "Qarabağ erməniləri" mövzusunu birdəfəlik qapatması, Azərbaycana qarşı əsassız iddiaların geri çəkilməsi də olduqca müsbət məqamdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm