Politoloq: "Tramp adminsitrasiyası Azərbaycana xüsusi münasibət sərgiləyir"
12:45 22.07.2025
Siyasət
523
"Görünür, Tramp uzun illərdir Prezident İlham Əliyevin fəaliyyətini izləyir və bu müstəvidə aralarında əməkdaşlığa yaxınlıq elementləri görür"
"ABŞ-Azərbaycan münasibətləri müxtəlif dövrlərdə istiləşən və soyuq münasibətlər fonunda inkişaf edib".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Siyasi şərhçi bildirib ki, lakin buna baxmayaraq, ümumilikdə bu münasibətlər müəyyən çərçivədən çıxmayıb və əməkdaşlıq davam edib:
"Bu əməkdaşlıq terrorla mübarizədə, hərbi sahədə əməkdaşlıqdan tutmuş bütün beynəlxalq əlaqələrdə öz əksini tapıb. Münasibətlərdən bir faktı qeyd edim ki, Qarabağda cəmləşən separatçı rejim 1996-cı ildə saxta prezident seçkiləri keçirərkən ABŞ dövlət departamenti xüsusi bəyanatla çıxış edərək bu seçkilərin nəticələrini tanımayıb. 2011-ci ildə Teksas (TEXAS) ştatı ilk olaraq qondarma Xocalı "soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Bugünədək 30 ştatda təsdiq olunub. Bayden Admnistrasiyası dövründə müəyyən soyuqlaşma baş versə də, Tramp adminsitrasiyası Azərbaycana və Prezident İlham Əliyevə xüsusi münasibət sərgiləməyə başladı. Təbii ki, bu, şəxsi münasibətdən və ya hər hansı sevgidən irəli gələn məsələ deyil. Görünür, Tramp uzun illərdir Prezident İlham Əliyevin fəaliyyətini izləyir və bu müstəvidə aralarında əməkdaşlığa yaxınlıq elementləri görür. Sözsüz ki, Azərbaycanın 2020-ci ildəki Qarabağ zəfəri və bu Zəfərə aparan yol bütün dünya siyasətçiləri ilə yanaşı Trampın da diqqətini çəkib. Qlobal Media Forumda iştirak edən bir neçə jurnalist məhz Azərbaycanı Zəfərə aparan yolun sirrlərini öyrənmək üçün suallar verirdilər".
Analitik xatırladıb ki, 2016-cı ildə Trampın seçki kampaniyası ərəfəsində Azərbaycan Qarabağ zəfərinin ilk addımlarını atdı:
"Lələtəpə Zəfərimiz böyük qələbinin başlanğıcı idi. 2020-ci il Zəfərimiz də Tramp hakimiyyəti dövrünə təsadüf etdi və ABŞ-dan bizə qarşı sərt təzyiqlər olmadı. Bu yaxınlarda Trampın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi Cənubi Qafqazda sülhün bərqərar olacağına ümidləri artırır. Bundan sonra Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin vasitəçilərin iştirakı olmadan görüşü çox əhəmiyyətli oldu. Prezident İlham Əliyevin Qlobal Media Forumda səsləndirdiyi kimi Tramp administrasiyası ilə maraqlarımız üst-üstə düşür və məhz İlham Əliyevin bu ifadəsi də Tramp tərəfindən öz şəxsi sosial hesabında paylaşıldı. İki lideri ümumiləşdirən oxşar cəhətlərdən biri müharibələrə münasibətdir. Trampın hər hansı münaqişəni bitirəcəyi barədə açıq bəyanatından sonra problem çözülməyə başlayır. Azərbaycan Prezidentinin Cənubi Qafqazda böyük sülhə nail olmaq istiqamətindəki nəticəli fəaliyyəti də regionda dayanıqlı və geniş spektrli sülhə gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə