Polşanın Baş naziri Seymdən hökumətə etimad səsverməsi tələb edəcək

Polşanın Baş naziri Donald Tusk tezliklə Seymi (parlamentin aşağı palatası) onun hökumətinə etimad səsverməsinə çağıracaq.

“Report” xəbər verir ki, o, bu barədə “TVP İnfo”nun yayımladığı xalqa müraciəti zamanı bildirib.

"İlk sınaq etimad səsverməsi olacaq və mən yaxın vaxtlarda Seymə müraciət edəcəm", - Tusk qeyd edib.