Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
Yusif Nəzərli
17:00 19.07.2025
Siyasət
346
Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir.
Sherg.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Böyük Qayıdışa gəlincə, bunun üçün gərək ayrıca böyük panel düzəldək və bir neçə saat mən təkcə bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqşyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Getdikcə qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci 4 ildə daha çox infrastruktur layihələri ilə məşğul idik, onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə təmin edilib və Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 MVt gücündə su elektrik stansiyaları elektrik istehsal edir və bu elektrik Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, o qədər elektrik lazım olsun”, - dövlət başçısı nəzərə çatdırıb.
“Siz indi maşınla gəlmisiniz, tunellərdən də keçmisiniz. Təkcə Füzuli yolunda 7 tunel inşa edilib. Ümumi tunellərin uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti 2-3 ayda hazır olacaq. Murov dağının altındakı bu tunelin uzunluğu, təkcə bir tunelin uzunluğu 11700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib, indi Ağdama rahat qatarla getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun tikintisi də yəqin ki, yaxın zamanlarda başlayacaq. Həm çox mənzərəli bir vasitə olacaq, bunun funksional tərəfi də çox önəmlidir. Yəni hər yerdə inşaat, quruculuq işləri aparılır, xəstəxanalar, yaşayış binaları tikilir. Qeyd etdiyim kimi, biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun bir kəndinə insanlar qayıdıb, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir. Halbuki sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma bu gün qısa müddətdə bu qədər böyük işin görülməsi bir daha göstərir ki, nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, bura səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya