Prezident Ceyhun Bayramova Avropa İttifaqı ilə saziş üzrə tapşırıqlarını verib
12:52 16.07.2020
Siyasət
712
“Bizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub. Avropa İttifaqına üzv doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri vardır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
İlham Əliyev bildirib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır: “Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin. Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə konstruktivlik göstəribdir və bu gün hələ də razılaşdırılmamış məsələlər var. Bizim üçün indiki formada onları qəbul etmək deyə bilərəm ki, çox çətin və əhəmiyyətsiz olacaqdır. Çünki mən demişəm, biz ona görə yeni saziş imzalamalıyıq ki, öz maraqlarımızı daha böyük dərəcədə müdafiə edək, təmin edək və qarşı tərəf də həmçinin”.
Prezident deyib ki, onlar ona görə Azərbaycanla bu sazişi imzalamaq istəyirlər ki, öz maraqlarını müdafiə və təmin etsinlər: “Bu da təbiidir. Ancaq gərək bu maraqların uzlaşması olsun. Yəni, biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq. Bu, əhəmiyyətsizdir, mənasızdır. Biz Azərbaycan xalqına məlumat verməliyik ki, bunu nə üçün edirik. Biz edirik ki, daha yaxşı şərait olsun, əməkdaşlıq üçün daha yaxşı imkanlar yaransın, xalqımız üçün daha geniş imkanlar açılsın. Yoxsa elə saziş imzalansın deyə sazişə qol çəkmək düzgün olmaz. Bizim mövqeyimiz tam açıqdır. Mən bunu bu gün bütün ictimaiyyətə bildirirəm”.
“Hesab edirəm ki, kompromis üçün yer var” deyən Azərbaycan Prezidenti bildirib ki, ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun: “Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət