“Prezident Ermənistanın işğalçı və faşist simasını bir daha ifşa etdi” - AKTUAL ŞƏRH
Turan
09:17 11.05.2020
Siyasət
981
"Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyllər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.
Ölkə rəhbəri qeyd edib ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir: "Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib".
Dövlət başçısının diqqət yönəltdiyi məsələni "Sherg.az"a dəyərləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, ölkə rəhbəri budəfəki müsahibəsində növbəti dəfə Ermənistanın apardığı faşizm və işğalçılıq siyasətinə diqqət çəkdi. Politoloq bildirib ki, Prezident bu məsələyə ilk dəfə toxunmur:
"Bir neçə ay əvvəl MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə, Prezident Ermənistanın işğalçı və faşist simasını ifşa etmişdi. Həmin vaxt, dövlət başçısı İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadalamışdı. Dövlət başçısı haqlı olaraq vurğulamışdı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir. Bu proses dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident bunun qəbuledilməz olduğunu bildirdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün".
Analitik vurğulayıb ki, məhz Prezidentin çıxışından sonra Rusiyanın cənubunda yerləşən Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsi söküldü:
"Təbii ki, bütün bu uğurların təməlində Prezidentin düşünülmüş siyasi kursu dayanır. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir, mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısının müsahibəsi Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmə meylin artması barədə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından da yadda qalacaq. Prezident rusdilli ictimaiyyəti bir daha Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəsinə kökləyərək, növbəti dəfə ölkəmizin müharibədəki yerinə və roluna ətraflı izah gətirdi. Prezidentin İkinci Dünya müharibəsi ilə bağlı son illərdəki müsahibə və çıxışları uzun illər Sovet - alman faşizmi arasındakı qarşıdurmada azərbaycanlıların roluna kölgə salan ermənilərə və sovetlərin ayrı-seçkilik siyasətinə tutarlı cavab idi".
Z.Məmmədov bildirib ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir:
"Biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya