Prezident iqtidar-müxalifət dialoqunun inkişafında maraqlıdır -Partiya sədri
Turan
11:15 10.01.2021
Siyasət
417
“Prezident şəxsən özü Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafına dərindən maraq göstərir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Dövlət başçının müşavirədə partiyalar və siyasi həmrəylik barəsində söylədiklərinə münasibət bildirən partiya rəhbərinin sözlərinə görə, proseslər göstərir ki, siyasi dialoq təşəbbüslərinin mövcudluğu iqtidar üçün qarşıdakı dövrdə də əhəmiyyətli məsələ olacaq:
“Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Belə ki, cənab Prezident çıxışında ölkəmiz üçün prioritet məsələlər sırasında dialoq, partiyaların qeydiyyatı, siyasi qüvvələrin Vətən Müharibəsi zamanı həmrəylik nümayiş etdirməsinə toxundu. Dövlət başçısı hazırda ölkəmizdə geniş spektrli siyasi dialoq mühitinin tam formalaşdığını qeyd etdi. Bunu yüksək qiymətləndirdiyini vurğuladı. Ölkə rəhbəri çıxışında yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, müxalifət partiyalarının əksəriyyətinin hakimiyyətin siyasi dialoq təşəbbüsünə müsbət yanaşması barədə fikirlərini bölüşdü. Eyni zamanda siyasi partiyaların qeydiyyatı ilə bağlı süni əngəllərin mövcudluğu məsələsini gündəmə gətirdi. Bildirdi ki, bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verib. İndi partiyaların qeydiyyata alınması üçün əlverişli və şəffaf şərait yaradılıb. Nəticədə son bir ildə yeni partiyalar qeydiyyatdan keçib. Süründürməçiliklə üzləşən bir sıra partiyaların da qeydiyyat məsələsi müsbət həllini tapıb. Həmçinin, siyasi partiyalara dövlət tərəfindən mənzil-qərargahların verilməsi prosesi başlayıb”.
Ə.Hüseynov vurğulayıb ki, ölkədə yeni siyasi ənənələr formalaşır, iqtidarla siyasi partiyalar arasında konstruktiv, sivil münasibətlər təşəkkül tapır:
“Əvvəlki illərdən fərqli olaraq indi siyasi partiyalar dövlət tərəfindən özlərinə qarşı diqqət və qayğıkeş münasibət göstərildiyini real olaraq hiss edir və bunu təqdir edirlər. Dövlətin və hakimiyyətin siyasi partiyalara qarşı demokratik açılım və siyasi pluralizm mövqeyindən çıxış etməsi öz növbəsində siyasi liderlər tərəfindən müsbət qarşılanır. İqtidarın atdığı bu addımlara qarşı siyasi partiyalar adekvat münasibət göstərirlər. Yalnız “Milli Şura” deyilən qurum antimilli mövqedən çıxış edir, siyasi partiyaların həmrəyliyinə qoşulmur. Amma Azərbaycan ictimaiyyəti antimilli qüvvələrə hər zaman layiqli cavab verib və verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət