“Prezidentimiz hər debatda Ermənistan rəsmilərinə tarix dərsi keçir”
Fidan Həmişəyeva
12:24 01.10.2020
Siyasət
849
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərib. Bu günlərdə ölkə başçısı BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırdı. Cənab Prezident Ermənistanın hiyləgər və riyakar bir dövlət olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında aparıcının suallarını cavablandırıb. Proqramda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələr müzakirə olunub.
Ölkə başçısının müsahibəsinə dair “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, Prezidentimiz aparıcıların suallarını daşdan keçən faktlar və dəlillər əsasında cavablandırıb. Parlament üzvü vurğulayıb ki, hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə cəhd göstərən Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi:
“Eyni zamanda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır. Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır”.
Deputat söyləyib ki, Paşinyan Rusiya telekanalında Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli fikirlər səsləndirərək öz zəifliyini bir daha sübut edir:
“Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb. Guya ordumuz artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Utanıb-qızarmadan bəyan edirlər ki, Türkiyə bu prosesə cəlb edilib”.
Parlamentari qeyd edib ki, Prezidentimiz bütün çıxışlarında, dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində Ermənistan rəsmilərinə tarix dərsi keçir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat