“Prezidentimiz qardaş ölkəyə dəstəyini qəti şəkildə bildirdi”
Fidan Həmişəyeva
14:52 05.09.2020
Siyasət
899
Ötənlərdə Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirlərin diqqətinə çatdırıb.
Prezident Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən olduqca açıq şəkildə ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirib. Dövlət rəhbəri Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində qətiyyətli mövqeyimizi ifadə edib:
Görüşlə bağlı “Sherg.az”a danışan siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Prezidentimiz Yunanıstanın səfiri ilə açıq danışaraq Azərbaycanın milli maraqlarının öndə olduğunu deyib:
“Cənab Prezident milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi. Ölkə başçısı Şərqi Aralıq dənizi regionunda Yunanıstan və Türkiyə arasında davam edən gərginlikdən də bəhs etdi. Prezidentimiz qardaş ölkəyə dəstəyini qəti şəkildə bildirdi”.
Baş redaktor vurğulayıb ki, cənab Prezidentin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir:
“Məhz xarici siyasətimizin düzgün müəyyənləşdirilən prinsiplərinin nəticəsidir ki, ötən il VII Qlobal Bakı Forumunda dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə edildi. Ölkə başçısı həmin forumda bir daha bu mesajı dünyaya ünvanladı: “Biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat