“Prezidentin çıxışı yalnız Paşinyana yox, dünyaya dərs idi”
Fidan Həmişəyeva
11:34 30.09.2020
Siyasət
534
“Beynəlxalq aləm, müəyyən təşkilatlar Prezidentimizin qətiyyətli mövqeyini bir daha görmüş oldu”
Prezident İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb. Ölkə başçısı müsahibəsində Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Cənab Prezident Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Ölkə başçısının məntiqli, tutarlı, peşəkar və səlis cavabları diplomatiya məharətinin zirvəsi kimi səciyyələndirilir.
Nikol Paşinyanın sönük, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən diletant olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.
Prezidentin müsahibəsində mühüm nüanslara toxunduğunu deyən millət vəkili Aqil Abbas “Sherg.az”a bildirib ki, ölkə başçısı beynəlxalq ictimaiyyətin diqqətinə vacib məqamları çatdırdı:
“Prezidentimiz hər suala səlis, kəskin, ciddi və lakonik cavablar verdi.
Ölkə başçısının müsahibə zamanı söylədiklərində dərin mənalar var. Bu baxımdan dövlət başçısının çıxışı hər birimizi çox qürurlandırdı.
Bu çıxış yalnız Paşinyana yox, dünyaya bir dərs idi. Beynəlxalq aləm, müəyyən təşkilatlar Prezidentimizin qətiyyətli mövqeyini bir daha görmüş oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat