"Problemi Azərbaycan Ordusu həll edir"
06:44 24.10.2020
Siyasət
731
Natiq Miri:"Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq"
Bu gün Qarabağın azad olunması uğrunda Azərbaycanın işğalçı orduya qarşı əks-həmlə hücumu davam etməkdədir. Qarabağ münaqişəsi hal-hazırda dünya mərkəzində dayanan məsələdir. Dünən "Valday" toplantısında Rusiya Prezidenti açılamasında bildirib ki, Qarabağdakı məsələnin həllində onlardan çox maraqlı olan tərəf yoxdur. Bəzi ekspertlərin fikrincə, əgər Rusiya Dağlıq Qarabağ müharibəsi fonunda “açıq fiqur” rolunu oynasa, regionda nüfuz sahibinə çevrilər.
Vladimir Putinin forumdakı çıxışı zamanı “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti davam edə bilməz” deməsi Azərbaycanın yanında olduğuna işarədirmi?
Bu çıxışı şərh edən politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Vladimir Putin hər iki ölkənin ondan inciməməsi üçün belə açıqlama verib:
“Vladimir Putin Azərbaycanla Ermənistan arasında balans yaradaraq hər iki ölkənin “könlünü almaq” istədi. Paralel olaraq, ölkələrə “dəyənək” göstərməyə də çəkinmədi. Azərbaycan torpaqlarının əhəmiyyətli hissələrinin itirilməsi vəziyyətinin davam edə bilməyəcəyini deməklə, əslində reallığı söylədi. Məgər, 30 il qısa müddətdir ki?! 30 il bir insan ömrüdür. Ayrıca, bu gün vasitəçilik etmək istəyən ölkələr ermənilərə tərəf çıxış etdikləri üçün Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi bu qədər gecikib.
Dolayı yolla desək, Vladimir Putin Beynəlxalq hüququn, BMT-nin qəbul etdiyi qətnamələrin gərəyini söylədi. Politoloq açıqlamasında qeyd edib ki, Rusiya ilə Türkiyənin Qarabağ probleminin həllində ortaq qərara gəlməməyinin səbəbi iki ölkənin yanaşmaların fərqli olmasıdır:
“Bu gün Azərbaycanı və Türkiyəni Rusiyada digər xristian dünyasından fərqləndirən yeganə cəhət islam əxlaqıdır. Biz meydanda düşmənin hərbi obyektlərini legitim hədəf kimi qəbul edirik, məsum insalara toxunmuruq. Mülki şəxslərin qətlə yetirilməsindən söz açan Putin, niyə 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda baş vermiş soyqrımıdan danışmadı?
Vladimir Putin Türkiyə ilə Rusiyanın Qarabağ problemlinin çözülməsində anlaşa bilmədiklərini vurğulayır. Doğrudur, anlaşa bilmirlər, amma niyə? Putin bunun cavabını demədi.
Ona görə anlaşa bilmirlər ki, Türkiyə Qarabağ probleminin kökündən həll olunmasını tələb edir. Türkiyənin yanaşması odur ki, gələcəkdə seperat “sülh” toxumunun cücərməməsi üçün məsələ birdəfəlik çözülməlidir. Rusiyanın yanaşması isə Türkiyədən fərqlənir. Rusiyanın istəyi budur ki, Azərbaycan Orudusu 5 rayonu azad etdikdən sonra dayansın. Ondan sonrakı proseslər predmet olaraq, masa arxasında müzakirə edilsin. Türkiyə və Azərbaycan isə belə yanaşmanı qəbul etmir.
Biz torpağımızı yüzlərlə şəhidin qanı ilə ona görə suvarmamışıq ki, bu qatil ermənilərə yenidən status verilsin! Yeni status-kvonu cızan Azərbaycandır. Əli azərbaycanlılara qarşı hərbi cinayətdə olmayan ermənilər Qarabağda yaşamaq hüququ qazana bilər. Bundan sonra Azərbaycan onların təhlükəsizliyinə təminat verəcək. Azərbaycan Ordusu məsələni həll etsə, Minsk qrupunun faəliyyətini artıq ehtiyac qalmayacaq”.
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual