Rusiya rəhbəri bir daha Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu bildirib. Vurğulayıb ki, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Kreml rəhbəri Qarabağ məsələsində digər ölkələrin və beynəlxalq təşkilatların köməyinə ümid etdiyini söyləyib. Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən də bəhs edib və bildirib ki, Ərdoğanla problem yaşamır: “Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”. “Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil” sualına cavab verən prezident tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm”.
Putin yenə siyasi gediş edir
Turan
09:22 18.12.2020
Siyasət
620
Moskvanın beynəlxalq hüquqa necə əməl etməsi isə hər zaman mübahisə predmetidir
Münaqişə tərəflərindən birinə silah-sursat satan, digərinə isə pulsuz bağışlayan bir ölkənin rəhbəri bilməliydi ki, bir gün bu silahlar işə düşəcək
“Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”. Bunu Rusiya Prezidenti Vladimir Putin dünən keçirilən ənənəvi illik mətbuat konfransında “Dağlıq Qarabağda müharibə niyə məhz indi baş verdi” sualına cavabında bildirib. Putin münaqişə zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb və vəziyyətin nəzarətdən çıxdığını xatırladıb: “Gərginlik uzun illərdir davam edirdi. Bu, kənardan müdaxilə nəticəsində baş verməyib”.
Rusiya rəhbəri bir daha Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu bildirib. Vurğulayıb ki, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Kreml rəhbəri Qarabağ məsələsində digər ölkələrin və beynəlxalq təşkilatların köməyinə ümid etdiyini söyləyib. Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən də bəhs edib və bildirib ki, Ərdoğanla problem yaşamır: “Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”. “Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil” sualına cavab verən prezident tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm”.
Kreml rəhbərinin toxunduğu məqamları “Şərq”ə analiz edən politoloq Azər Qasımov bildirib ki, Rusiya köklü və geniş strateji düşüncə qabiliyyətinə malik ölkədir. Siyasi şərhçinin sözlərinə görə, Rusiya rəhbəri nəyi necə etməyi, harada hansı sözü deməyi çox yaxşı bilir:
“Əlbəttə, deyilən sözlə əməlin uyğun gəlib-gəlməməsi ayrı məsələdir. Kreml rəhbərinin bəzi sözləri əməlləri ilə ayrı-ayrı mətləblərdən xəbər verir. Məsələn, Rusiyada müxalif lider Navalnının zəhərlənməsi ilə əlaqəli gəlinən nəticə bu olub ki, onu FTB zəhərləyib, amma Putin deyirdi ki, o, özünü zəhərləyib.
Eləcə də, digər müxalif fikirli Litvinenko və Skripalların Londonda zəhərlənməsi hallarında da eyni mənzərənin şahidi olmuşuq. Krım ilhaq ediləndə Putin özünün “yaşıl adamlarını” (Baş Kəşfiyyat İdarəsinin diversantlarını – red) “yerli əhali” adlandırmışdı.
Dünya liderləri buna istehza ilə yanaşmışdılar. Bunları ona görə xatırladıram ki, Putinin nə danışmasından asılı olmayaraq, Rusiya hər zaman imperiya maraqlarından çıxış edir.
Lakin Putinin Ərdoğan haqqında dedikləri reallıqdır və onun haqqında başqa ritorika işlədə bilməzdi. Rusiya rəhbəri Qarabağın Azərbaycan ərazisi olmasını dəfələrlə qeyd edib, amma hər dəfə də vurğulayıb ki, “beynəlxalq hüquqa görə” belədir. Moskvanın beynəlxalq hüquqa necə əməl etməsi isə hər zaman mübahisə predmetidir”.
Analitikin qənaətincə, Putinin Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verməsinə ehtimal etməməsi də siyasi gedişdir:
“Münaqişə tərəflərindən birinə silah-sursat satan, digərinə isə pulsuz bağışlayan bir ölkənin rəhbəri bilməliydi ki, bir gün bu silahlar işə düşəcək. Putin “kənar müdaxilə olmayıb” deyərkən Rusiyanı kənarda saxlamaq istəyir, bu işdə heç bir rolunun olmadığı mesajını verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm