QAİ: Ermənistan böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyə və mono-etnik siyasətə son verməlidir
Yusif Nəzərli
05:42 16.01.2025
Siyasət
459
Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 2025-ci il yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu, həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır.
Sherg.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlət Ermənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir.
Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:
“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.
Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağı hədəfləmişdir.
Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm