Qərb etiraz edir !- “Rus qoşunlarının Qarabağda nə işi var?!”
14:15 28.12.2020
Siyasət
731
“Sözügedən qoşunları Qarabağa Ermənistan, birbaşa Paşinyan gətirdi”
“Lakin Qərb bilməlidir ki, Rusiyanın bu regiona gəlməsi Avropanın Ermənistan üzərində qurduğu siyasətin nəticələrindən biridir”
“Ona görə də Qərb dünyası nə qədər tez ayılıb Ermənistana öz layiqli yerini göstərsə, bu, elə onun da maraqlarına uyğun olar"
Günlərdir Ermənistanda məğlubiyyət "paradı", etiraz çıxışları səngimək bilmir.
Şübhəsiz ki, bunun səbəbi Azərbaycan ordusunun öz əzəli torpaqlarını işğaldan azad etməsidirsə, digər səbəbi də ölən, itkin düşən erməni əsgərlərinin valideyninin fəryadıdır. Müharibə zamanı yayılan videolardan aydın olur ki, erməni tərəfi ölən əsgər və zabitlərinə məhəl qoymur. Panikaya düşüb hər şeyi ört-basdır etməyə çalışan Ermənistan rəhbərliyi bir çox hallarda ölənləri quyulara toplu şəkildə gömürdülər.
Bir çox hallarda isə onlar ərazidə qalan meyitlərini belə götürməkdən imtina edirdilər. İndi həmin əsgər və zabitlərin valideynləri Ermənistan hökumətinə qarşı etiraza başlayıblar. Və onlar İrəvan küçələrində, başqa rayonlarda güc tətbiqi və vəhşiliklərlə üzləşirlər. Etirazçıların üzərinə maşınlar sürülür, onlar polislər tərəfindən döyülür və həbs edilirlər. Dünya ölkələri isə Qarabağ münaqişəsinin həllinə necə susurdusa, erməni xalqının əzilməsinə də elə susurlar. Heç kimə sirr deyil ki, bu hallar Azərbaycan və başqa bir müsəlman ölkəsində olsa Qərb mediası bunu manşet edəcək, “Azərbaycanda insan haqları pozulur” deyib dünyaya car çəkəcəkdi.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Mübariz Əhmədoğlunun qənaətincə, baş verənlər bir daha sübut edir ki, indiki Ermənistanın müəlliflərindən biri elə Qərb dünyasıdır, Avropadır:
“Bəlkə də, Qərb dövlətləri, Avropa olmasaydı, Ermənistan nisbətən sağlam dövlət ola bilərdi. İşğalçılığa daha tez son vermiş olardı. Yəni bu gün Ermənistan ona görə israrlı işğalçıdır ki, Qərb onun arxasında durub. Əslində, vaxt olub ki, Ermənistanın yerli qurumlarında seçki keçirilərkən ölüm hadisəsi baş verib, amma Avrokomissar elə həmin gün onlara Ermənistanda "demokratiyanın inkişafı" üçün 60 milyon avro pul verib.
Hazırda baş verənlər bunun əyani sübutlarındandır. Amma Avropa doğrudan da Ermənistanı müdafiə edirsə, bu gün erməni xalqı ayaq altındadır. Erməni xalqı tapdanır. O millətin hüququ hər baxımdan pozulur.
Bəs niyə onların haqqını müdafiə etmirlər?! Bu gün Ermənistanda baş verənlər təkcə demokratiyanın, insan hüquqlarının pozulması deyil, həm də Ermənistan dövlətinin və dövlətçiliyinin məhvə aparılmasıdır. Azərbaycanın prezidenti müharibənin ilk həftəsindən sonra bütün çıxışlarında xüsusilə qeyd etdi ki, Paşinyan, mənə rayonlarımızdan nə zaman çıxacağının qrafikini versin, mən də müharibəni dayandırıram.
Amma Nikol qrafik vermək əvəzinə Rusiyanın qoşunlarını gətirib əraziyə saldı. İndi də Qərb etiraz edir ki, rus qoşunlarının Qarabağda nə işi var?! Rusiyanın qoşunlarını Qarabağa Ermənistan, birbaşa Paşinyan gətirdi. Lakin Qərb bilməlidir ki, Rusiyanın bu regiona gəlməsi Avropanın Ermənistan üzərində qurduğu siyasətin nəticələrindən biridir. Ona görə də Qərb dünyası nə qədər tez ayılıb Ermənistana öz layiqli yerini göstərsə, bu, elə onun da maraqlarına uyğun olar".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya