
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Yusif Nəzərli
06:46 03.06.2025
Siyasət
390
Telman Nüsrətoğlu: “Köçəryan və erməni kilsəsi Rusiyanın Ermənistandakı alternatividir”
Ermənistanın Baş naziri Paşinyan və Rusiya Prezidenti Putin arasında telefon danışığı olub. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, Nikol Paşinyan və Vladimir Putin telefon danışığı əsnasında ikitərəfli və regional gündəliyin məsələlərini müzakirə ediblər. Qeyd edək ki, bundan öncə Putin Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik etmişdi. Putin iki ölkəni "tarixi dostluq münasibətlərinin" birləşdirdiyini demişdi. Putin Moskva ilə İrəvanın “birgə səylərlə bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişafını təmin edə biləcəyinə” əminliyini ifadə etmişdi. Xatırladaq ki, may ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı həm Paşinyanla, həm də həmkarı A.Mirzoyanla ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.
Siyasi şərhçi, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın yeni yaranmış geosiyasi şəraitdə vəziyyəti heç də yaxşı deyil. Analitik vurğulayıb ki, Paşinyan hökuməti Qərbdən, Avropadan arzuladığı dəstəyi ala bilmir:

"Cənubi Qafqazda Azərbaycan və ümumən türk dünyasının Avropa ölkələri nəzdində mövqeyi yüksəlir, strateji önəmi artır. Rusiyanın üzləşdiyi geosiyasi problemlər, Ukrayna ilə müharibə fonunda Moskvanın yeni dünya düzənində özünə yer tapma arayışları da gündəmdədir. Ümumən, Rusiya və Ermənistan arasında son günlərdə münasibətlər bir qədər normallaşıb. Əslində, Ermənistan Rusiya ilə münasibətlərini heç vaxt pozmamışdı. Sadəcə, yaranmış vəziyyətə uyğun olaraq Avropa ölkələrindən daha çox qoparmaq, əlavə imkanlar əldə etmək məqsədi güdürdü. Rusiyanın Ermənistan üzərində ciddi siyasi, iqtisadi, hərbi təsirlərinin olmasını unutmamaq lazımdır. Yəni dünyaya təqdim edilən gərginlik hər iki tərəfin maraqlarına xidmət edən gərginlik olub. Rusiya hərbi sənayesindən tutmuş digər sənaye istiqamətlərində ehtiyac duyduğu detalları Ermənistan üzərindən əldə edib və sanksiyalardan yayınıb. Ermənistan da bu dövr ərzində Rusiyaya olan ixracatını artırıb".
T. Nüsrətoğlu əlavə edib ki, Rusiyanın bölgədəki siyasəti sadəcə Paşinyanla bağlı deyil:
"Rusiya bir neçə qruplar, bir neçə təsir rıçaqları üzərindən siyasət icra etməkdədir. Ermənistanda Rusiyanın Paşinyana alternativi Köçəryan cəbhəsidir. Bundan başqa, erməni kilsəsi və kilsəyə bağlı güc mərkəzləri də önəmli şəbəkə sayılır. Rusiyanın tələblərinin qəbul edilməməsi şəraitində istənilən vaxt alternativ qüvvələr daha da fəallaşdırıla bilər. Artıq bunun elementləri görünür. Ermənistan daxilində Köçəryan cəbhəsinin siyasi fəallığı artmaqdadır. Yəni Paşinyanın mövqeyinin kifayət qədər kövrək olduğu ortadadır. Çünki Paşinyan gələn il keçiriləcək seçkilərdə qələbə qazanmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya