Qərbi Azərbaycan İcmasının Antonio Quterreşə göndərdiyi məktub BMT sənədi kimi yayılıb
Yusif Nəzərli
07:37 28.01.2025
Siyasət
318
Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan məktubun BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Qərbi Azərbaycan İcmasından APA-ya verilən məlumata görə, məktubun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.
"Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, sözügedən məktub Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı idi.
Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət