Qəzzanın işğalı: Netanyahunun son çırpınışıdır
09:28 17.09.2025
Siyasət
431
İşğalı genişləndirən İsrail hələ də Amerikanın güclü dəstəyinə malikdir. Ancaq israilli diplomatlar Trampın səbrinin tükəndiyinə və son hücumun İsraili daha da təcrid edəcəyini bildirirlər.
İsrail aclıq elan edilmiş bir bölgədə on minlərlə fələstinli mülki şəxsin hələ də olduğunu bilməsinə baxmayaraq, Qəzza zolağının ən böyük şəhəri olan Qəzza şəhərini bombalayır.
"Əl-Cəzirə"nin məlumatına görə, İsrailin məqsədi mülki şəxsləri şəhəri tərk etməyə məcbur edərək, bir vaxtlar Qəzzadakı fələstinlilərin həyatının mərkəzi olan bu şəhəri dağıtmaq, HƏMAS-la döyüşü asanlaşdırmaq və İsrail xalqına bir növ qələbə nümayiş etdirməkdir. İsrail müdafiə naziri İsrail Kats BMT Uşaq Fondu (UNICEF) tərəfindən Qəzza zolağının şimalındakı ailələr üçün son sığınacaq kimi təsvir olunan Qəzza şəhərinin “yandığını” açıq-aşkar fəxrlə bildirib.
Britaniyanın "The Economist" nəşrinə görə isə İsrailin 15 sentyabrda Qəzza şəhərinə başladığı quru əməliyyatı bir çox baxımdan Qəzza müharibəsinin ilk böyük hücumunun təkrarı kimi görünür. İsrail kəşfiyyatı təxmin edir ki, təxminən 3 min HƏMAS döyüşçüsü Qəzza şəhərindədir. İsrail şəhərin HƏMAS-ın son qalası olduğunu iddia edir.
O zaman da indi olduğu kimi İsrail zirehli birləşmələri Qəzza şəhərini yerlə-yeksan edərkən, İsrail liderləri HƏMAS-ı tam məhv edəcəklərini söyləmişdilər. O vaxtdan bəri ən azı 64 min Qəzza sakini qətlə yetirilib, HƏMAS-ın demək olar ki, bütün liderləri öldürülüb. Qəzzadakı binaların əksəriyyəti zədələnib və ya tamamilə dağıdılıb. Beynəlxalq yardım təşkilatları bölgənin bir çox yerində insanların aclıq çəkdiyinə diqqət çəkərkən, BMT ilə çalışan qurumlar ötən ay Qəzzanın bəzi bölgələrində rəsmi olaraq aclıq elan etmişdilər.
İSRAİL XALQI ATƏŞKƏS İSTƏYİR
Analizə görə İsraildə əhval-ruhiyyə də dəyişib. 22 ay əvvəl İsrail ordusu Qəzza şəhərinə hücum edəndə israillilərin demək olar ki, hamısı bu əməliyyatı dəstəkləyirdi. HƏMAS-ın məhv edilməli olduğunu düşünürdülər. İndi isə dəstək çox azalıb. Lider heyəti öldürülmüş HƏMAS zəifləyərkən, son sorğular israillilərin 70 faizindən çoxunun müharibəni davam etdirməkdənsə atəşkəsi dəstəklədiyini göstərir.
NETANYAHU - ORDU GƏRGİNLİYİ
İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək vəzifəli şəxsləri də bu mövqeyi bölüşür. Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir kabinetə dəfələrlə HƏMAS-a qarşı “qəti zərbə”nin illərlə çəkə biləcəyini bildirib. Zamir Qəzza şəhərinə ediləcək hücumun HƏMAS-ın əlində olduğu düşünülən - təxminən 20 nəfərin sağ qaldığı, girovları təhlükəyə atacağını və girovların azad olunmasına imkan verəcək atəşkəsi dəstəklədiyini deyib. Lakin Baş nazir Binyamin Netanyahu ordunun təzyiqinə baxmayaraq işğal planını təsdiqləyib. Təhlükəsizlik kabinetinin iclaslarında tez-tez gərginlik yaşanıb.
İşğal hücumu başlayanda girovların yaxınları Netanyahunun Qüdsdəki evinin qarşısında etiraz aksiyası keçiriblər. Oğlu Matan 700 gündən artıqdır Qəzzada saxlanılan Einav Zangauker “Netanyahu övladlarımızı öldürməyə qərar verdi” deyib.
SİYASİ KARYERASI MÜHARİBƏYƏ BAĞLIDIR
Parlamentdəki zəif çoxluğunu qorumaqda qərarlı olan Netanyahu hakimiyyətini Qəzzanı daimi işğal etmək və nəhayət yenidən yerləşdirmək istəyən aşırı sağçı müttəfiqlərinə borcludur. Netanyahunun siyasi həyatda qalmasının müharibənin davam etməsinə bağlı olduğu qeyd olunur.
İsraillilər hələ də Amerikanın tam dəstəyinə malikdirlər. ABŞ prezidenti Donald Tramp quru əməliyyatı başladığında sosial mediada HƏMAS-a qarşı hədə dolu paylaşımlar etmişdi. Dövlət katibi Marko Rubio da “HƏMAS tamamilə aradan qaldırılmayınca” Qəzzaya daha yaxşı bir gələcək vəd edilə bilməyəcəyini müdafiə etmişdi.
Lakin "Economist"ə görə Amerikanın dəstəyi də uzun sürməyə bilər. İsrailli diplomatlar Trampın səbrinin tükəndiyinə inanırlar.
Onlar deyirlər ki, Netanyahu Trampı Qəzza hücumunun HƏMAS-a son zərbə olacağına inandırıb və indi prezidentin İsraili atəşkəsi qəbul etməyə məcbur edəcəyini gözləyirlər. Hücum qələbə qazandırmaq əvəzinə Qəzzanın əzabını dərinləşdirəcək və İsraili daha da təcrid edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol