Qvadelup təmsilçisi: Dünya Fransanın müstəmləkə siyasətini qınamalıdır
Yusif Nəzərli
06:02 25.06.2025
Siyasət
551
"Fransa bilavasitə öz prezidentləri vasitəsilə müstəmləkə siyasətinə hüquqi don geyindirməyə çalışıb və heç vaxt hüquqi dövlət olmayıb".
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər" adlı tematik konfransın "Müstəmləkəçilik tarixi və yaddaşı" panelində Qvadelup təmsilçisi Luk Reniette bildirib.
Onun sözlərinə görə, müstəmləkə siyasətini möhkəmləndirməyə çalışan Fransanın bunun cinayət olduğunu bilməsi vacibdir:
"Aparılan kolonizasiya siyasəti buna məruz qalan xalqların qul, müstəmləkəçilərin isə quldarlıq siyasətinin gücləndirilməsi məqsədi daşıyırdı. Afrikanın bir çox ölkələri bu siyasətə məruz qalıb. O zaman Fransa ordusu müstəmləkə ölkələrinin əhalisindən tam tabeçilik tələb edirdi. Öz müstəmləkə siyasətini möhkəmləndirməyə çalışan Fransa bunun cinayət olduğunu bilməlidir. İndiyədək dünya miqyasında bizim azadlığımız üçün müxtəlif sənədlər qəbul edilib, lakin Fransa bu sənədləri beynəlxalq siyasi gündəmdən çıxarmağa çalışır. Fransa Afrikaya ancaq bədbəxtlik gətirib. İrqçi şəxslər eləcə də vaxtilə Fransanın prezidenti olmuş Pompidu davamlı olaraq istəyirdi ki, müstəmləkə dövlətlərini və xalqlarını nəzarətdə saxlasın. Həmçinin, Fransada hökumət səviyyəsində açıq şəkildə irqçi çağırışlar səsləndirilirdi. Bütün bunlar onu göstərir ki, bizim dekolonizasiya istiqamətində fəaliyyətimiz gücləndirilməlidir. Fransa bilavasitə öz prezidentləri vasitəsilə müstəmləkə siyasətinə hüquqi don geyindirməyə və onu daha da gücləndirməyə çalışır. Bütün bunların qarşısını almaq üçün çalışmalı və bilməliyik ki, Fransa heç vaxt hüquqi dövlət olmayıb".
Luk Reniette bəyan edib ki, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini qınamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət