REAKSİYA: “Bir yarışmaya görə türk xalqını ittiham etməyin!” - Ağır fəsad...!
Banuçiçək Kalbalıyeva
13:31 08.04.2020
Siyasət
1090
“Pərvizin özü də bunu istəməz. Sosial şəbəkələrdə bu istiqamətdə təbliğat aparmaq iki qardaş ölkəni istəməyən qüvvələrin xeyrinə işləyir”
Türkiyə ilə yanaşı, Azərbaycanda da maraqla izlənilən “Survivor” yarışmasını bu dəfə həmyerlimiz idmançı- "Kobra" ləqəbli Pərviz Abdullayev tərk edib. “Məşhurlar” komandasının iştirakçısı olan həmyerlimiz SMS səsverməsində 6-cı yerdə qərarlaşaraq yarışmadan uzaqlaşdırılıb. Və hazırda bu mövzu sosial medianın Azərbaycan seqmentində ciddi müzakirələrə səbəb olub.
Bir çoxları məsələni siyasiləşdirərək, bunu Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Və hətta bir az irəli gedərək bu iki qardaş ölkə arasında nifaq tolxumu səpə biləcək təkliflərlə çıxış edirlər.
Zərərli iddialara cavab verən diaspor üzrə araşdırmaçı ekspert, tanınmış jurnalist Elnur Eltürk "Sherg.az" a açıqlamasında bir millət, iki dövlət nifaq toxumu səpmək istəyənlərin olduğunu bildirib:
"Pərviz yaxın dostumuzdur. Onun iştirakı və mədəniyyəti, tərbiyəsi göz qarşısındadır. Hansısa yarışmaya görə türk xalqını, Türkiyəni ittiham etmək düzgün yanaşma deyil. Bu, xoşagəlməz fəsadlar verər. Pərvizin özü də bunu istəməz. Sosial şəbəkələrdə bu istiqamətdə təbliğat aparmaq iki qardaş ölkəni istəməyən qüvvələrin xeyrinə işləyir. Bu, bir yarışdı. Unutmaq olmaz ki, həmin cəmiyyət "O səs Türkiyə" yarışmasında Elnur Hüseynovu qalib edib. Bir yarışmaya görə tarixi, strateji, iqtisadi və mədəni əlaqələrimizə zərbə vurmaq olmaz. Türkiyə yeganə dövlətdir ki, Qarabağ məsələsi ilə bağlı beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Türk diplomatları işğal faktını erməni diplomatlarının üzlərinə deyirlər. Türkiyə Azərbaycana bir mənalı dəstək verir. Türkiyə cəmiyyətində "Türkiyənin yaxın dostu hansı dövlətlər hesab edilir" başlıqlı sorğularda birinci Azərbaycan gəlir. Bunu edən türk insanıdır. Türkiyənin təhsil sahəsində də Azərbaycana verdiyi dəstək göz qarşısındadır. Bu günə qədər on minlərlə insanımız Türkiyədə təhsil almaq imkanı qazanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya