Rumıniyanın sabiq Baş Naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb
08:42 18.10.2020
Siyasət
593
Rumıniyanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman Prezident İlham Əliyevə məktub ünvanlayıb.
APA-nın məlumatına görə, Rumıniyanın sabiq Baş Naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirdiyini bildirib.
R. Roman gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıb: "Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram. Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq. Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik. Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region