“Bu, geosiyasi nisbətdə NATO-nun regionda olması deməkdir. Çünki Türkiyə NATO ölkəsidir. Amerika Gürcüstanda aktiv siyasi-hərbi hərəkətliliyini artırmaqla, bir növ NATO-nun burada fəaliyyətinin başlanmasına gətirdi.
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir
Turan
08:49 09.09.2020
Siyasət
975
Regiondakı hərbi təlimlər Ermənistanın izolyasiyasını gücləndirəcək
“Cənubi Qafqazda geosiyasi situasiya yeni mərhələyə keçib. Burada Türkiyə, ABŞ və Rusiyanın maraqlarının toqquşması fonunda Rusiya nüfuzunu itirməkdədir”.
Bu sözləri “Şərq”ə Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Ermənistanın Tovuz təxribatlarından sonra Türkiyənin regiona gəlişi və Azərbaycanla birgə hərbi təlimlər keçirməsi türk ordusunun Azərbycanda qalmasına şərait yaradıb:
“Bu, geosiyasi nisbətdə NATO-nun regionda olması deməkdir. Çünki Türkiyə NATO ölkəsidir. Amerika Gürcüstanda aktiv siyasi-hərbi hərəkətliliyini artırmaqla, bir növ NATO-nun burada fəaliyyətinin başlanmasına gətirdi.
Analoji hal Türkiyənin Azərbaycanla hərbi-siyasi konfiqrusiyasıdır. Rəsmi Bakı Ankara ilə siyasətini davam etdirərsə, ölkəmizin suverenliyi və təhlükəsizliyi daha da güclənəcək.
Amerika və digər Qərb ölkələrinin birbaşa Azərbaycanla hərbi təlimləri Rusiya baxımından riskli ola bilərdi. Amma Tükiyənin burada fəaliyyəti etnik baxımından Rusiyanı çəkindirən əsas faktordur. Moskva anlayır ki, Türkiyənin Azərbaycana dəstəyi təbiidir və qardaşlıq yardımıdır”.
Analitik vurğulayıb ki, Cənubi Qafqazda Türkiyə-Azərbaycan, Gürcüstan-ABŞ hərbi əməkdaşlığı regionda Ermənistanın izolyasiyasını gücləndirəcək:
“Ermənistanda inqilabın baş verməsinə baxmayaraq, forpost olaraq daha dərin iqtisadi-siyasi problemlərə yuvarlanacaq. Erməni hakimiyyəti işğalçı mahiyyətinə görə Moskvanın yanındadır.
Bu da imkan verəcək ki, Vaşinqton və Qərb ölkələri Ermənistana yardım etməsinlər. İşğalçı ölkə Tovuz tərəfdən yenidən Azərbaycanın neft və nəqliyyat layihələrini hədəfə ala bilər.
Belə həmlə olarsa, Türkiyə hərbi əməliyyatlara başlaya bilər. Hazırda regionda Türkiyə-Azərbaycan hərbi təlimləri davam edir. Digər tərəfdən ABŞ-ın moderatorluğu ilə Gürcüstanda “Layiqli Tərəfdaş 2020” hərbi təlimləri, həmçinin Rusiyanın Şimali Qafqazda və Ermənistanda birgə hərbi təlimləri keçirilir. Hərbi təlimlərin hamısı tərəflərin bir-birinə əzələ nümayişidir.
Proseslər belə davam edərsə, regionda yeni müharibə qaçılmaz olacaq. Vəziyyət olduqca mürrəkkəbdir. Ona görə də Türkiyə ilə birgə hərbi koordinasiyanı inkşaf etdirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya