Rusiyadan Ermənistana siyasi “sillə": “Ən güclü qırıcısını Azərbaycana satır”
Turan
10:39 10.04.2020
Siyasət
1027
“İrəvana isə öz ordusunun işlənmiş silahlarını göndərir”
“Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısında havada öz üstünlüyünü qoruyacaq”
“Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində bu ölkədən 5 milyad dollardan artıq hərbi texnika alınıb”.
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Rusiya dünya silah bazarında öz yerini qorumaq və yeni silahlarını satmaq üçün bazarlar axtarmaqdadır:
“Moskva yeni müqavilələr bağlamaqla ölkəmizə yeni silahların satışını reallaşdırmağa çalışır. Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycana bu təklifi Rusiya özü edir. Rusiya əvvəllər Azərbaycana müasir raket və aviasiyanın satışında tərəddüd edirdi. Azərbayacanın alternativ silah bazarı əldə etməsi və kifayət qədər maliyyə imklanlarının olması Kremlin fikrini dəyişdirdi. Rəsmi Bakının digər ölkələrdən qırıcı təyyarələr alınması istiqamətində işlərə başlamasından sonra Rusiya Azərbaycana “SU-35” və “MİQ-35” qırıcılarını satışını təklif etdi. Rusiyanın yeni nəsil “SU-35” qırıcısı, ABŞ-ın yeni “F-35” qırıcısının analoqudur”.
Siyasi şərhçiyə görə, Rusiya “SU-35” təyyarələrini Ermənistana ixrac edəcəyini dəfələrlə bəyan etsə də, Moskva döyüş təyyarələrini İrəvana göndərməyib:
“Hətta erməni baş nazir Nikol Paşinyan İrəvan yaxınlığında Rusiyanın hərbi bazasına gedərək, Rusiyanın “SU-35” təyyarəsinə əyləşərək oradan Azərbaycana “mesaj” verdi. Amma, Rusiya bu silahları geniş partiyada Azərbaycana satmağı reallaşdırır. Pandemiya və neft qiymətlərində ucuzlaşma dövründə Moskvanın döyüş təyyarələrini Ermənistana verəcəyi mümkün görünmür. Təyyarələri ucuz qiymətə və yaxud kreditlə Ermənistana verməkdənsə, digər ölkələrə baha qiymətə sata bilər. Rusiya sadəcə İrəvana bir-iki təyyarə verməklə forpostunu sakitləşdirməyə çalışır”.
Analitik vurğulayıb ki, Azərbaycanın silah arsenalındakı “MİQ-29” və “SU-30” hərbi aviasiyası döyüş tələblərinə cavab versə də, aviasiya parkının yenilənməsi mütləqdir:
“Azərbaycan ABŞ-dan hərbi helikopterlər, İtaliyadan hərbi təlim məqsədləri üçün qırıcılar alır. Pakistandan da yeni qırıcılar alınması istiqamətində razılıq əldə edilib. Hər halda Rusiyanın ölkəmizə satacağı hərbi təyyarələr Ermənistana siyasi şapalaqdır. Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısında havada öz üstünlüyünü qoruyacaq. Regionda ən güclü hərbi aviaparka sahib olacaq. Ermənistan başa düşməlidir ki, onun müttəfiqi Rusiya ən güclü qırıcısını Azərbaycana satır. Moskva əvvəlki illərdən fərqli olaraq Azərbaycana satdığı bahalı və müasir silahları Ermənistana vermir. Onun əvəzində öz ordusunun işlənmiş silahlarını göndərir. Əlbəttə, Azərbaycan bu silahları ambarda saxlamaq və təlimdə istifadə etmək üçün almır. Yeni geosiyasi mənzərə formalaşır və mütləq şəkildə silahlanma öz ərazilərimizin azad olunmasına yönələcək. Azərbaycan Rusiyadan alacağı “SU-35” qırıcılarının ilk sınağını Ermənistanın işğal olunmuş ərazilərində hərbi obyektlərini vurmaqla sınaqdan keçirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya