Rusiyadan MDB dövlətlərinə sensasion qisas anonsu...
Yusif Nəzərli
18:43 13.02.2025
Siyasət
477
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə ötən gün zəng etməsi və 1,5 saat telefon danışığı, bunun dərhal ardından Ukrayna Prezidenti Zelenski ilə apardığı müzakirə və verdiyi açıqlamalar çoxsaylı şərhlərə səbəb olub.
Telefon danışığının ardınca Rusiyanın deputatları da daxil olmaqla, Kremlə yaxın politoloqların saysız-hesabsız şərhləri başlayıb.
Sevinirlər və həddən artıq böyük iddialar irəli sürürlər. Səbəb isə Trampın bu telefon danışığı öncəsi və ondan sonrakı açıqlamalarıdır:
1. Məhbus mübadiləsi başladı – Tramp “ilk məhbusu” birbaşa Moskvadan bu ölkəyə göndərdiyi nümayəndəsi ilə birgə geri qaytardığı üçün (ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkof Moskvaya səfərdən və Putinlə 3,5 saatlıq görüşdən sonra Mark Fogeli özü ilə aparmışdı) təşəkkür etdi. Əvəzində ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik dərhal azadlığa buraxıldı. Növbəti məhbus mübadiləsinə hazırlıq gedir;
2. Tramp Rusiyanın işğal etdiyi əraziləri Ukraynanın geri qaytarmasının mümkün olmayacağını açıq şəkildə elan etdi. Bu, Krım və Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiya subyektləri kimi tanınacağı anlamına gəlir;
3. Ukraynanın NATO üzvlüyü ideyası tamamilə aradan qalxır – Tramp ötən gün bunu da rəsmən elan etdi;
4. Müharibənin bitməsi qarşılığında Tramp Rusiyaya müəyyən sanksiyaları aradan qaldıra bilər.
Zelenskinin “Kurskda ələ keçirilən ərazilərin mübadiləsi” təklifi ilə heç olmasa bir vilayəti xilas etmə cəhdinin reallaşması həddən artıq çətin məsələdir: Kreml bu “təklifi” dərhal rədd etdi və böyük ehtimalla Trampla Putinin görüşünə qədər Rusiya Kursk vilayətini tamamilə təmizləyəcək.
Rus ekspertlərin, deputat və rəsmilərin böyük ölçüdə sevincini anlamaq mümkündür:
1. Müharibənin qısa müddətdə başa çatacağı və iqtisadiyyatın dirçələcəyini bəyan edirlər;
2. Rusiyanın qarşısına qoyduğu hərbi hədəflərə çatdığı təəssüratı yaranır: Ukraynanın “demilitarizasiya və denasifikasiyası” istisna olmaqla.
Ənənəvi rus yanaşmasıdır – ölkənin müstəqilliyinə və ya Qərbə inteqrasiyasına “20% torpaq qamarlamaqla” razılaşır;
3. Rusiya “dünya gücü” olaraq etiraf edilir və dünyanın bölüşdürülməsi ilə bağlı “masada” yer alır.
Kremlə bağlı politoloqlar artıq dünyanı bölüşdürəcək “3-lüyü” də müəyyən ediblər: Tramp, Putin, Szinpin. “Yeni Yalta”nı bu 3-lüklə məhdudlaşdırmaq Rusiyanın arzusudur.
Ona görə Britaniya və AB paytaxtlarında ciddi həyəcan və məsləhətləşmələr başlayacağı, bəlkə də artıq “gecə ilə” zənglərin edildiyi təxminləri irəli sürülür.
Britaniya və Fransasız “Yeni Yalta” mümkündürmü?
Çətin görünür və ona görə də Tramp-Putin telefon danışığı və razılaşmalarının ardınca Ukraynada müharibənin “daha qızğın mərhələyə” qədəm qoymasını da müşahidə etmək mümkündür.
Rus politoloqlar nəyin “qisas”ını vəd edir?
Rus politoloqlar Rusiyanın Ukraynada bataqlıqdan çıxdığını, həm də qalib olaraq bu savaşdan yeni dünya düzənini quracaq əsas oyunçu kimi ayrılacağınının sevinci içərisində artıq hədələrə başlayıblar: Kremlin Ukraynada “ilişdiyi” dönəmlərdə Rusiyadan uzaqlaşan və Rusiyanın təsirindən çıxan ölkələrin – burda böyük ölçüdə həm də MDB dövlətləri ölkələri nəzərdə tutulur – “Moskvaya doğru” sıraya düzüləcəyi anons edilir. Rusiyaya qarşı iddialardan “əl çəkiləcəyi”, “var gücləri ilə” Moskvaya can atacaqları düşünülür - əks halda, Ukraynada dünya güclərini dizə və masaya gətirən Rusiya digərlərinin öhdəsindən daha rahat gələ bilər.
Təhlükəli mesajdır, Rusiyanın əsl sifətidir. Ukraynada tam qələbə təsəvvüründən doğan eyforiyası Rusiyada bəzilərini azğın yırtıcıya çevirməkdədir.
Rusiya politoloq və senatorları sevinməyə həddən artıq tələsirlər.
İkinci Soyuq müharibənin nəfəsi duyulur və bu, Rusiya üçün “buz dövrü” ola bilər: sanksiyalar böyük ölçüdə götürülmür, müharibə yaralarını sağaltmaq üçün Rusiya lazım olan yüzmilyardları haradan tapacağını müəyyənləşdirməlidir; “müharibə iqtisadiyyatı”ndan geridönüş çətin olacaq və müharibədən milyardlar qazananlar və yoxsullaşan orta sahibkarların dirənişi başlayacaq...
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə