Rusiyanın atəşkəsə “biçilmiş don”u ! - Bu “don” Ermənistanın əyninədir, amma...”
Fidan Həmişəyeva
10:21 15.10.2020
Siyasət
908
“Amma Azərbaycan buna razılıq verməməlidir. Yenidən danışıqlara getmək ölkəmizə xeyir verməz”
“Həqiqətən də söhbət müharibənin dayandırılmasından gedirsə, beynəlxalq hüquq öndə olmalıdır. Beynəlxalq hüquq deyir ki, işğalçılar Azərbaycan torpaqlarından çıxarılmalıdır”
Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. C.Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginliklə bağlı məlumat verib. O, qarşı tərəfin diqqətinə çatdırıb ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Gəncə, Mingəçevir və digər şəhərləri raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilib.
Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.S. Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.
Məlum danışıqla bağlı “Sherg.az”a açıqlama verən politoloq Natiq Miri bildirib ki, bu danışlar cəhdi Rusiyanın atəşkəsə “biçilmiş don”udur. Doğrudur, bu don Ermənistanın əyninədir. Amma Azərbaycan buna razılıq verməməlidir.
Analitik vurğulayıb ki, Lavrovun zəng edib atəşkəsə nəzarət mexanizminin yaradılması haqqqında iddiada olması dövlətimiz üçün həqarətdir:
“İndiki durumda Qarabağda atəşkəsin təşkil olunması və yaxud buna razılıq verilməsi Azərbaycana nəsə qazandırmayacaq. Çünki 30 ildə ATƏT 3 həmsədr dövlət formatında irəliyə doğru zərrə qədər müsbət addım atmayıbsa, qısa müddətdə problem həll edilə bilməz.
Rusiya bu illər ərzində Azərbaycana güzəştlər qəbul etdirmək və regionda yeni erməni dövlətinin yaradılması üçün ölkəmizi razı salmaq istəyir.
Ona görə də bəlli olan sualı yenidən vermək özünü aldatmaqdan başqa bir şey deyil. Yenidən danışıqlara getmək ölkəmizə xeyir verməz. Əksinə bu gün Azərbaycan ictimaiyyəti Qarabağ timasılnda bir ürək və yumruq olub, birləşibsə, hansısa mənasız danışıqlara getməklə ictimai rəydə parçalanmağa getmək olmaz. Çünki bu danışıqları cəmiyyətimiz qəbul etmir.
Fikrimcə, həqiqətən də söhbət müharibənin dayandırılmasından gedirsə, beynəlxalq hüquq öndə olmalıdır. Beynəlxalq hüquq deyir ki, işğalçılar Azərbaycan torpaqlarından çıxarılmalıdır.
Lakin, nədənsə bütün münaqişələrə bu prinsip tətbiq olunur, Azərbaycana gələndə bu prinsip rahatlıqla gözardı edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual