Ruslar əmindirlər !- “Ərdoğan söz veribsə, mütləq əməl edəcək”
Fidan Həmişəyeva
13:24 18.12.2020
Siyasət
700
“S-400 raket kompleksinin alınması da bunu sübut edir”
“Türkiyə prezidentinə ABŞ, Avropa və NATO-nun bəzi ölkələri tərəfindən çoxsaylı təzyiqlər oldu. Lakin o, sözündən dönmədi”
Ərdoğan eyni zamanda Suriya, Liviya məsələsində, həmçinin Qarabağ məsələsində qətiyyət nümayiş etdi”
Dünən Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxış edib. Rusiya başçısı çıxışı zamanı bəzi maraqlı nüanslara toxunub. Putin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözünü tutan adamdır.
“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil?” sualına cavab verən Putin tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Bizim Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”.
Putinin açıqlamasına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq İlqar Vəlizadə vurğulayıb ki, Rusiya prezidentinin söylədikləri illər ərzində təsdiqini tapmış fikirlərdir. Bəzi hallarda Putinlə Ərdoğanın münasibətlərinin gərgin xarakter daşıdığını deyən politoloq vurğulayıb ki, Türkiyə başçısının sözübütöv olması ikitərəfli münasibətlərin tənzimlənməsinə gətirib çıxarır:
“Dünya praktikasından bilirik ki, hansısa dövlət başçıları bir-biri ilə danışıqlar zamanı müəyyən nəticələr əldə olunur. Amma bir vaxtdan sonra bu nəticələr pozulur. Çünki qarşı tərəf sözübütöv olmur.
Ona görə də müasir dünyada sözünün üstündə durmaq bacarığı hər kəsə məxsus deyil. Əslində bu bacarıq siyasi bir resursdur. Bu resurs ölkələr arasında normal münasibətlərin qurulmasına imkan verir. Eyni zamanda yaranmış risklər minimumuma endirilir.
Əks halda geosiyasi risklər meydana gələ bilər. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri onu göstərir ki, artıq Türkiyə başçısının timsalında proqnozlaşdırılan tərəfdaşlıq münasibəti var.
Ruslar əmindirlər ki, Ərdoğan söz veribsə, nəyisə öhdəsinə götürübsə, mütləq əməl edəcək. S-400 raket kompleksinin alınması da bunu sübut edir. Türkiyə prezidentinə ABŞ, Avropa və NATO-nun bəzi ölkələri tərəfindən çoxsaylı təzyiqlər oldu. Lakin o, sözündən dönmədi.
Ərdoğan eyni zamanda Suriya, Liviya məsələsində, həmçinin Qarabağ məsələsində qətiyyət nümayiş etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət