Saakaşvilidən yeni siyasi gediş: “O, baş “rol”da olmağa öyrəşib” – QAYIDIR?
Fidan Həmişəyeva
10:42 28.08.2020
Siyasət
986
“Hesab edirəm ki, peşəkar siyasətçi olaraq parlament seçkilərinin nəticəsini gözləyir”
“Keçmiş prezident istəyir ki, parlament seçkilərində tərəfdarları fəallaşsın və marafonu qalib başa vursunlar”
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəyə qayıdacağı ilə bağlı video paylaşıb:
“Bu yeddi il ərzində Gürcüstanla maraqlanmadığım bir gün olmayıb. Əminəm ki, prezident kimi fəaliyyətim boşa getməyib və yaratdıqlarımızın çoxu hələ də qorunub saxlanılır.
Eyni zamanda, Gürcüstanla bağlı xəbər eşitdiyim zaman dəqiq bilirəm ki, daha yaxşı yaşaya bilərik, hər bir gürcü varlı ola bilər və bunu birlikdə edə bilərik! Qayıdıram!”
Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani sabiq Prezidentin videomüraciətinə cavab verib. Tsulukiani Saakaşvilinin Gürcüstana gələcəyini alqışladığını və onun sərhəddə tutulacağını deyib:
“Əlbəttə, o, güc tapıb Gürcüstana gələrsə, biz onu məmnuniyyətlə qarşılayarıq. Sözsüz ki, sərhəddə onu saxlanılma proseduru və Gürcüstan həbsxanası gözləyir”.
Saakaşviliyə qarşı bu münasibətin səbəblərini “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, əvvələr də Saakaşvilinin ölkəyə qayıdacağı halda həbs ediləcəyi deyilirdi. Analitik qeyd edib ki, əslində Saakaşvili riskə getmir:
“Düzdür, birinci vətəninə qayıdacağını deyir. Amma hesab edirəm ki, peşəkar siyasətçi olaraq parlament seçkilərinin nəticəsini gözləyir. Prezident seçkilərindən əvvəl də ölkəyə gələcəyini deyirdi.
Ümid edirdi ki, Qriqol Vaşadze Prezident seçiləcək. Həqiqətən bütün rəy sorğuları da göstərir ki, Vaşadzenin Prezident seçilmək ehtimalı daha yüksəkdir. Lakin son anda hakimiyyətdə siyasi gedişlər oldu, Bidzine İvanaşvili Vaşadze üzərində qələbə çaldı. Nəticədə Saakaşvili ölkəyə qayıda bilmədi. Anladı ki, qayıtsa, onu həbs edəcəklər”.
Politoloq Saakaşvilinin parlament seçkilərindən əvvəl ölkəyə qayıdacağını güman etmədiyini deyib:
“Düzdür, Saakaşvili Ukraynada bir neçə siyasi gedişlər etdi. Məsələn, Poroşenko onu ölkədən çıxartdı, amma o, yenidən qayıtdı. Ukraynada onun haqqında cinayət işi yox idi, sadəcə vətəndaşlıqdan məhrum etmişdilər.
Vladimir Zelenski Prezident seçiləndən sonra onun vətəndaşlığını yenidən bərpa etdi. Hətta yeni vəzifə verdilər. Görünür, bu vəzifə Saakaşvilini qane etmir, o, baş rolda olmağa öyrəşib.
Ona görə də onun son açıqlaması da siyasi bir gedişdir. Saakaşvili istəyir ki, parlament seçkilərində tərəfdarları fəallaşsın və onlar marafonu qalib başa vursunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat