Son çarə illərdir, yüz illərdir təxribatlarla, yalan-böhtan istehsalı ilə məşğul olan, hər yerdə terror havası əsdirən erməni lobbisi və diasporu idi ki, Ermənistan, təxribatçı, fitnəkar, avantürist Paşinyan hakimiyyəti bu gözləntisində də istədiyinə nail ola bilmədi, əksinə, daha da rəzil və bərbad duruma düşdü. Gündən-günə iflasa uğrayan erməni lobbisi də, onun arxasında dayanan Ermənistan və digər güc mərkəzləri növbəti dəfə İkinci Qarabağ müharibəsində rəzil duruma düşərək istədiklərinə nail ola bilmədilər. Soydaşlarımızın, həmvətənlərimizin İkinci Qarabağ müharibəsi dönəmində yüksək təmkinliyi, soyuqqanlılığı və peşəkarlığı sayəsində "erməni lobbisi mifi" tamamilə darmadağın oldu.
Sağalmaz yara aldılar
05:53 26.11.2020
Siyasət
855
Erməni lobbisi də pərən-pərən düşdü
Azərbaycanın mütəşəkkil mübarizəsi düşmənin dizini yerə gətirdi
Cari ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində törədilən növbəti qanlı təxribatdan və fitnəkarlıqdan sonra Ermənistanın hər mənada çöküşü başladı. Hətta 12-14 iyul məğlubiyyətindən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döyüdükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onlardan imtina etdi. Ermənistan və onların havadarları bununla da növbəti siyasi-diplomatik zərbələrini aldılar. Təbii ki, Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi və göstəricisi idi.
Son çarə illərdir, yüz illərdir təxribatlarla, yalan-böhtan istehsalı ilə məşğul olan, hər yerdə terror havası əsdirən erməni lobbisi və diasporu idi ki, Ermənistan, təxribatçı, fitnəkar, avantürist Paşinyan hakimiyyəti bu gözləntisində də istədiyinə nail ola bilmədi, əksinə, daha da rəzil və bərbad duruma düşdü. Gündən-günə iflasa uğrayan erməni lobbisi də, onun arxasında dayanan Ermənistan və digər güc mərkəzləri növbəti dəfə İkinci Qarabağ müharibəsində rəzil duruma düşərək istədiklərinə nail ola bilmədilər. Soydaşlarımızın, həmvətənlərimizin İkinci Qarabağ müharibəsi dönəmində yüksək təmkinliyi, soyuqqanlılığı və peşəkarlığı sayəsində "erməni lobbisi mifi" tamamilə darmadağın oldu.
Siyasi-şərhçi Azər Həsrət açıqlamasında bildirib ki, əvvəlki illərdə erməni lobbisi həm pulları, həm ermənipərəst qüvvələri, həm də media imkanları hesabına istədiklərinə nail ola bilirdilər. Ekspert qeyd edib ki, bir çox hallarda onlar Azərbaycanı üstələyirdilər:
"Həmişə olduğu kimi, bu dəfə də mənfur düşmən "məzlum ermənilər" adı ilə manipulyasiya edərək dünyanı aldatmağa çalışdılar. Ancaq gözlədikləri baş vermədi və Azərbaycan özünün haqq işini dünyaya layiqincə çatdıra bildi. Lobbiçilik adı ilə uzun illər anti-Azərbaycan və anti-türk fəaliyyətləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qrupları bu dəfə artıq güclü erməni lobbisi imicini itirdilər.
Ölkəmiz tərəfindən istər ön cəbhədə, istərsə də mediada o qədər peşəkarcasına savaş aparıldı ki, Ermənistan və onun himayədarları Azərbaycan tərəfinə hansısa ciddi irad söyləyə bilmədi. Çünki illər boyu lobbiçilik adı altında erməni icmaları terroru, işğalı dəstəklədikləri halda, azərbaycanlılar isə vətənpərvərlik nümayiş etdirərək mütəşəkkil mübarizəyə qalxdılar. Azərbaycan ermənilərin yalan xəbərlərini ifşa edərək onların yalanlarını vaxtında dünyaya çatdırdı.
Bir daha Azərbaycan dövləti, Azərbaycan Ordusu, həmçinin güclənmiş, təşkilatlanmış Azərbaycan diasporu öz sözünü dedi, ermənilərə, Ermənistana, erməni lobbisinə öz gücünü, qətiyyətini, nələrə qadir olduğunu nümayiş etdirdi. Artıq erməni ordusu kimi erməni lobbisi də darmadağın olub. Bundan sonra da özünə gələ bilməyəcək, buna imkan verilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol