Sahibə Qafarova Çunq Eui-yong ilə görüşdü
Yusif Nəzərli
12:48 05.04.2025
Siyasət
414
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 5-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə İCAPP-ın Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm bir platforma kimi çıxış etdiyi qeyd olunaraq, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fürsət olduğu bildirilib, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker təşkilatın təsis konfransının keçirilməsindən ötən müddət ərzində Şəbəkənin institusional inkişafı istiqamətində Azərbaycanın atdığı addımları daimi Komitənin sədrinin diqqətinə çatdırıb. Vurğulanıb ki, Parlament Şəbəkəsi hazırda beynəlxalq əməkdaşlıq baxımından mühüm bir platformaya çevrilməkdədir.
Söhbət zamanı Parlament Şəbəkəsi ilə İCAAP arasında əməkdaşlıq əlaqələri məmnunluqla qeyd edilərək, bildirilib ki, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Hazırda İCAAP Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusunda təmsil olunur.
Çunq Eui-yong Azərbaycanın liderliyi ilə Parlament Şəbəkəsinin inkişaf etdiyini qeyd edib. O, ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb.
Söhbət zamanı Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının İCAAP-da çox fəal təmsil olunduğu da diqqətə çatdırılıb. Sahibə Qafarova YAP-ın İCAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. Bu təşkilatın təmsilçiləri ölkəmizdə keçirilən seçkiləri müşahidəçi qismində izləyiblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat