Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb
Yusif Nəzərli
15:49 19.05.2025
Siyasət
457
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən xəbərə görə, Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib.
O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.
Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və bu görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.
Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm