Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri ilə görüşdü
Yusif Nəzərli
19:08 22.01.2025
Siyasət
302
Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Lorenzo Fontana, inamını ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.
O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirərək, bu çərçivədə parlamentlər arasında da əlaqələrin inkişafından məmnunluğunu bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini, İtaliyanın bu münasibətlərin daha da inkişafına hər cür dəstək verməyə hazır olduğunu söyləyib. O, Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edib.
Bu səfərin onun İtaliya Respublikasına ikinci rəsmi səfəri olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu, ölkəmizin İtaliya Parlamenti ilə münasibətlərə nə qədər əhəmiyyət verdiyini göstərir.
İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkələrimiz arasında bir çox sahələri əhatə edən münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.
Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin vacib rolunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, parlament dostluq qrupları, digər parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərdə yaxşı təcrübə mövcuddur. Milli Məclisin nümayəndələrinin İtaliyaya səfərləri ilə yanaşı, ölkəmizdə keçirilən bir çox mühüm tədbirlərdə italiyalı parlament üzvləri iştirak ediblər. Qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsində dostluq qruplarının birgə fəaliyyətinin vacibliyi də qeyd edilərək, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb.
Söhbət zamanı təhsil, elm və mədəniyyət sahələrində də əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi, bu cür əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinə, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Bu baxımdan Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi bir sıra mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət