Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərində qələbədə rolundan danışıb
Yusif Nəzərli
13:33 18.04.2025
Siyasət
314
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərib. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak oldu. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçiblər. Onlar Moskva, Leninqrad, Brest, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Həmvətənlərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək, partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri göstəriblər.
Milli Məclis sədrinin sözlərinə görə, faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə – ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşüb.
Spiker qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Bu Qələbənin sülh, rifah və parlaq gələcək naminə misilsiz qəhrəmanlıq və cəsarət nümayiş etdirən bütün xalqlarımızın ortaq zəfəri olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, bu Qələbə müxtəlif millətlərin nümayəndələrinin çiyin-çiyinə verərək haqq işini müdafiə etməsinin, xalqlarımızın misli görünməmiş həmrəyliyinin və birliyinin nəticəsidir.
Oxşar xəbərlər
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
00:10 08.08.2026
Vaşinqtonda tarixi dönüş: İlham Əliyev Cənubi Qafqazın yeni geosiyasi düzənini qurdu - ANALİZ
14:42 07.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq