Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Yusif Nəzərli
15:49 17.04.2025
Siyasət
483
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Sherg.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.
Görüşdə “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi) cari il üçün nəzərdə tutulan tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib.
Tənzilə Narbayeva cari ilin aprel ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında iştirakına görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını ifadə edərək, Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ci Assambleyasının uğurla təşkili və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürlərini ifadə edərək, özünün bu tədbirdə iştirak etmək məqsədilə Özbəkistana səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlərin mütəmadi xarakter daşıdığını deyərək, bu səfərlərin və yüksək səviyyəli təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya