Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü
Yusif Nəzərli
13:26 05.04.2025
Siyasət
355
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Daşkənddə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşü çərçivəsində parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən məlumata görə, hər iki ölkənin parlamentləri arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib:
"Ölkələrimiz həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malikdir, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir".
Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq qeyd edib ki, sıx təmaslar və müsbət dialoq parlamentlərin daha sıx əməkdaşlığına xidmət edir.
Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.
Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək söyləyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. Sədr xalqlar arasında da təmasların vacibliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat