Sahil Babayev: "Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub"
Yusif Nəzərli
16:47 18.02.2025
Siyasət
318
Azərbaycan-Serbiya əməkdaşlığı həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində yeni mərhələyə qədəm qoyub.
“Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Serbiyanın Dövlətçilik Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın enerji resurslarının Avropa ölkələri ilə yanaşı, Balkan regionuna ixracında Serbiya artıq tranzit ölkəyə çevrilib. Bununla yanaşı, iki ölkə iqtisadiyyat, maliyyə, nəqliyyat infrastrukturu, hava nəqliyyatı, müdafiə, kənd təsərrüfatı, əmək və sosial müdafiə, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
“Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə əminəm”, - deyə nazir vurğulayıb.
S. Babayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 17 dəfədən çox artmasını iqtisadi əlaqələrin dinamik inkişafının göstəricisi kimi qiymətləndirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir:
“Dövlət başçılarımızın səmimi dostluğu, qarşılıqlı etimadı və əməkdaşlığa verdikləri böyük önəm ikitərəfli əlaqələrin daha da güclənməsinə töhfə verir. 2022-ci ildə Azərbaycanla Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında qərar və memorandumun imzalanması əməkdaşlığımızı yeni, daha yüksək mərhələyə qaldırdı. Bu sənəd ölkələrimizin dost və strateji tərəfdaş olduğunu bir daha təsdiqlədi. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında Serbiyanın töhfəsini və Prezident Aleksandr Vuçiçin tədbirdə iştirakını yüksək qiymətləndiririk”.
Nazir əlavə edib ki, Azərbaycanla Serbiya arasında indiyədək 50-dən çox sənəd imzalanıb.
“Bu sənədlər ikitərəfli əlaqələrimizin möhkəm təməlini təşkil edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir, beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirərək bir-birinə qarşılıqlı dəstək göstərir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial mövqedən çıxış edirlər”, - deyə S. Babayev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi