Şaranın türkman generalı Azərbaycandan danışdı
Yusif Nəzərli
06:57 16.04.2025
Siyasət
324
Xəbər verdiyimiz kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şara Suriya Milli Ordusunun II korpus komandiri türkman general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin edib.
Sherg.az Fehim İsanın Globalinfo.az-a müsahibəsini təqdim edir:
- Cənab general, məlum olduğu kimi, qısa müddət öncə Suriya Prezidenti cənab Əhməd əş-Şara yeni hökumət kabinetinin tərkibini elan etdi. 22 nəfərlik keçid hökumətində etnik və dini azlıqlara yer verilməsi diqqət çəkdi. Sizin Suriya müdafiə nazirinin müavini və şimal regionu üzrə komandanı təyin edilməyinizlə türkmanlara də lazımi diqqət göstərilmiş oldu. Cənab Əhməd əş-Şaranın və yeni Suriya hökumətinin türkmanlarla bağlı mövqeyi necədir?
- Suriya etnik və dini azlıqlar baxımından zəngin ölkədir. Türkmanlar də bu ölkənin ayrılmaz hissəsidir. Türkmanlər hər zaman Suriyada ən çətin anlarda belə haqqın, ədalətin tərəfində olublar.
Türkmanlar Bəşər Əsəd zülmünə ilk qarşı çıxan, silaha sarılan, haqsızlığa göz yummayanlardandır. Yəni biz bu inqilabın hər zaman bir parçası olduq. Əli silah tutan bütün mərd türkmənlər Əsəd zülmünə qarşı çıxdı. Təkcə mən bu mübarizədə üç qardaşımı şəhid vermişəm. Həmd olsun ki, mübarizəmiz uğurla, qələbə ilə yekunlaşdı.
Cənab Əhməd əş-Şaranın hazırda türkmanləra münasibəti çox yaxşıdır. Üç dəfə onunla görüşüb suallar vermişik. O da hər zaman bizim suallarımıza cavabında deyib ki, “türkmanlər bizim ürəyimizdədir”. Yəni o, türkmənləri özündən ayrı görmür. Cənab Prezident üçün bir ərəb nədirsə, bir türkman də odur.
- 22 nəfərlik keçid hökumətində kürd, druzi, hətta xristian təmsilçi olsa da, türkmanlara yer verilmədi. Bu nə ilə bağlı idi?
- İlk açıqlanan hökumət kabinetində türkman nazir yox idi. Bu, Suriya xaricində, xüsusilə də Türkiyə və Avropada yaşayan türkmən soydaşlarımızın müəyyən narazılığına səbəb oldu. Lakin Suriyada yaşayan türkmənlər olaraq proseslərin içərisindəyik. Deyə bilərəm ki, Suriyada türkmənlər mövcud vəziyyətdən məmnundur. Onlara qarşı heç bir ayrı-seçkilik olmur.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi və burada cənab Əhməd əş-Şara ilə görüşdü. Azərbaycanla Suriya arasında bir çox sahədə, xüsusilə də hərbi sahədə əməkdaşlıq imkanları var. Bu məsələ ilə bağlı nə düşünürsünüz?
- Təbii ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri var. Bu, hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan bizim üçün vacibdir. Ürəyimiz, canımız Azərbaycanladır. Allahın izni ilə hər zaman birlikdəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region