Şarl Mişel: Ümid edirəm ki, COP29 etimad və sözlərdən əmələ keçid konfransı olacaq
14:14 12.11.2024
Siyasət
515
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel COP29-un etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacağına ümidvar olduğunu deyib.
“Report” xəbər verir ki, o, bunu COP29 Liderlər Sammitində çıxışı zamanı deyib.
Ş.Mişel iqlim dəyişikliyinin dağıdıcı nəticələrinin dünyada getdikcə daha çox müşahidə olunduğunu vurğulayıb. "Bəşəriyyət ilk dəfə belə bir iqlim böhranı ilə üzləşib. Bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır", - o bildirib.
Onun sözlərinə görə, Paris Sazişinin həyata keçirilməsinin əsasını əməkdaşlıq prinsipi təşkil etməlidir. "Biz cəsarət və həmrəylik nümayiş etdirməliyik. Siz maliyyə öhdəlikləri çərçivəsində hər il 31 milyard ABŞ dolları ayıran Avropa İttifaqına güvənə bilərsiniz. Biz G7 ölkələri və sürətlə inkişaf edən iqtisadiyyatlar da daxil olmaqla bütün həmkarlarımızı bizdən nümunə götürməyə çağırırıq", - Aİ Şurasının Prezidenti qeyd edib.
O, həmçinin vurğulayıb ki, Aİ iqlim dəyişiklikləri ilə mübarizədə çoxsəviyyəli yanaşmanı dəstəkləyir. Ş.Mişel qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq ticarəti və inkişaf banklarını səfərbər etməyə çağırıb.
"Bədbin proqnozlara baxmayaraq, bir neçə həftə bundan əvvəl Nyu-Yorkda "Gələcək naminə pakt" imzaladıq. Ümid edirəm ki, bu tərəflər konfransı etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacaq", - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat